kanal1

İrəvanın tükətməkdə olduğu SÜLH ŞANSLARI... - GƏLİŞMƏ

Tarix:22-02-2023, 16:00
Baxış Sayı:118 985



"Danışıqlar prosesi 38 ildir gedir. 44 günlük müharibədən sonra isə məzmun dəyişikliyi baş verib. Münhen danışıqları, panellər, debat yeni reallıqlara uyğun keçirilib".
Bunu "Sherg.az"a açıqlamasında sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
P.Hüseyn bildirib ki, əvvəlki dövrdə danışıqlar sülhlə yox, müharibə ilə nəticələndi, indi də savaş istisna deyil:

"Azərbaycan-Ermənistan münasibətləri danışıqların gedişindən, dünyada və regiondakı proseslərin yaratdığı vəziyyətə görə də dəyişir.
Mühüm olan Münhendə ABŞ dövlət katibi A.Blinkenlə qapalı danışıqlarda müəyyən razılaşmaların olub-olmamasıdır. Ermənistanın mövqeyində irəliləyişlər olduğuna işarə edildi. Lakin bu, Azərbaycanı qane etmir.

Danışıqların taleyi erməni tərəfinin konkret cavabından aslıdır. Azərbaycan belə güzəştdən sonra birtərəfli qaydada Laçın rayonu ərazisində Ermənistan sərhədinə buraxılış nəzarət məntəqələri yerləşdirməlidir.

Erməni tərəfi Azərbaycanın güzəştinə adekvat, pozitif cavab verməzsə, döyüş əməliyyatları, Silahlı Qüvvələrin hərəkətə keçməsi gözləniləndir. Tərəflər arasında sülhün yaranması üçün tarixi şansıdır, əks halda hərbi yol da gündəmdədir".

Qeyd edək ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi