kanal1

Kreml hər iki tərəf üçün təklif hazırlayır - AKTUAL

Tarix:24-02-2023, 15:30
Baxış Sayı:198 897



Rusiya xarici işlər nazirinin Bakıya rəsmi səfəri fevralın 27-28-də baş tutacaq. Rusiya sözçüsü Mariya Zaxarova deyib ki, səfər düz bir il əvvəl prezidentlər tərəfindən imzalanmış “Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”sinin bağlanmasının ildönümünə təsadüf edir. Diplomat qeyd edib ki, Bakıda Sergey Lavrovla Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılacaq. Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Lavrovun çıxışı fevralın 28-də Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında nəzərdə tutulub. O qeyd edib ki, Lavrov Azərbaycanda Moskva ilə Bakı arasında münasibətlərin bütün aspektlərini, o cümlədən regional və beynəlxalq səviyyələrdə mühüm problemləri müzakirə edəcək. Eyni zamanda Rusiyanın üçtərəfli bəyanatının necə yerinə yetirilməsinə diqqət yetiriləcək. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan müharibədən sonrakı normallaşma prosesinin əsasında bu sazişlər dayanır. Diplomat vurğulayıb ki, sənədlərin bütün bəndlərinin həyata keçirilməsi Cənubi Qafqaza sülh və rifahın qaytarılmasına kömək edəcək.
Lavrovun səfərini "Şərq"ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Kreml hər iki tərəf üçün təklif hazırlayır. Analitikin sözlərinə görə, Lavrovun səfərində başlıca məqsəd, sözsüz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır: "Böyük ehtimalla, Moskva sülh müqaviləsinin imzalanmasına hazırlıq görməyə çalışır. Son zamanlar Rusiya Ermənistan və Azərbaycanın diplomatik missiyasının əlaqələri xeyli dərəcədə sürətlənib. Azərbaycandan Rusiyaya və əks istiqamətdə səfərlər intensivləşib. Eyni zamanda Rusiya rəsmilərinin Ermənistana və ermənilərin də Moskvaya səfərləri xeyli artıb. Rusiya tərəfindən bu sayaq səfərlərin artması onların sülh müqaviləsilə bağlı hansısa bir təkliflə gəldiklərinə də işarə ola bilər. Bu təkliflərin hər iki tərəf üçün məqbul olub-olmayacağını, onu qəbul edib-etməyəcəkləri təklif təqdim edildikdən və tanışlıqdan sonra bəlli olacaq. Yəqin ki, təklifin formasına münasibətdə hər iki tərəfdən müəyyən etirazlar olacaq".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi