kanal1

Bakının şərtləri qəbul edilməzsə, o zaman bu, qaçılmaz olacaq - AÇIQLAMA

Tarix:14-03-2023, 08:59
Baxış Sayı:109 437

Bakının şərtləri qəbul edilməzsə, o zaman bu, qaçılmaz olacaq - AÇIQLAMA


Ermənistan sülh müqaviləsindən müxtəlif bəhanələrlə boyun qaçırıb, Cənubi Qafqazı böyük güclər arasında mübarizə meydanına çevirməklə ciddi təhlükələrə yol açır.  

Bunu açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, İrəvanın bu təhlükəli oyunundan nəticə etibarı ilə ən itirən tərəf elə Ermənistan və erməni xalqı olacaq.

“Azərbaycan sülh müqaviləsi ilə bağlı aydın mövqeyi var və bu ortadadır. Bizim üçün Qarabağ məsələsi bitib. Kimlərinsə bu məsələdən siyasi konyukturasına imkan verilməyəcək.

Gündəlikdə Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsi var və bu istiqamətdə də addımlar atılmaqdadır. Bu da Azərbaycanın daxili işidir və hər hansı digər ölkənin bu məsələyə müdaxilə etməsinə imkan da verilməyəcək. Artıq Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı Bakıya Prezident Administrasiyasında görüş keçirməyə dəvət edib. Bu da öz müsbət həllini tapacaq. Onlar onilliklər boyu separatçıların girovluğundan azad olub, indikində qat-qat yaxşı vəziyyətdə yaşamalı olacaqlar”, - o qeyd edib.

Deputatın deyib ki, Ermənistan Cənubi Qafqazı geopolitik rəqabət məkanına çevirməkdənsə, bölgədə dayanıqlı sülhün əldə olunması istiqamətində konkret addımlar atsa, yaxşı olar:  “Cənab Prezident  X Qlobal Bakı Forumunda da çıxışı zamanı bəyan etdi ki, Ermənistan müstəqil ölkə statusunu itirib və  beynəlxalq vasitəçilər İrəvanın konstruktiv  yola  gəlməsinə çalışmalıdırlar.

Amma son günlərdə biz Ermənistanın istər Azərbaycanla sərhəddə, istərsə də rus hərbi kontingentinin nəzarətində olan ərazilərdə gərginliyin artırmaq istiqamətində təxribat xarakterli hərəkətlərini və fəaliyyətlərini müşahidə etməkdəyik. Azərbaycan ermənilərin təxribat cəhdlərinin qarşısını yerindəcə qarşısını alacaq. Əgər Qarabağdakı separatçılar Bakının şərtlərini qəbul etməzsə, o zaman Azərbaycan Konstitusiyasının tələbləri işə düşməli olacaq. Azərbaycanın Xankəndidəki separatçı, terrorçuların nazı ilə oynamaq niyyəti yoxdur. Biz istəyirik ki, nəhayətində, Rusiya 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın  müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra edib, müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərini bu separatçı və terrorçulardan təmizləməlidir. Rusiya üzərinə düşən missiyanı icra etməyəcəksə, təbii ki, o zaman Azərbaycan Konstitusiyasının tələblərinin işə düşməsi, qaçılmaz olacaq. Azərbaycan mövqeyində və onu həyata keçirməkdə israrlıdır”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi