kanal1

Əslində Ermənistanın əsl siması elə budur... - Ekspert danışır

Tarix:4-04-2023, 14:22
Baxış Sayı:121 672



Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan açıq şəkildə etiraf edib ki, 44 günlük müharibənin gedişatında Ermənistan ordusunda 11 min nəfərdən artıq fərari olub. Akopyanın sözlərinə görə, reallıq budur ki, ermənilərin çoxu cəbhəyə getmədilər, səfərbərlik əmrinə uymadılar: "Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”.

Akopyanın sözləri çox açıq etiraf olmaqla yanaşı, eyni zamanda Ermənistan ordusundakı biabırçı vəziyyətin tərənnümüdür. Bütün bu reallıqlar fonunda 44 günlük Vətən müharibəsi dövründə bir nəfər də olsun, Azərbaycan əsgəri, hərbçisi fərarilik etmədi. Dövlət başçısı İlham Əliyev müharibə dövründə xalqa etdiyi müraciətlərində dəfələrlə qeyd etdi ki, Azərbaycan əsgəri sonadək döyüşür və fərariliklə bağlı heç bir fakt qeydə alınmayıb. Lakin göründüyü kimi Ermənistan ordusunda tamamilə fərqli vəziyyətdir. O zaman 10 min erməni əsgərinin fərarilik etməsi ilə bağlı məlumatlar var idi. Ancaq Anna Akopyanın son etirafı təsdiqlədi ki, bu rəqəm 11 mindən çox imiş. Erməni əsgəri döyüşdən qaçır, ağ bayraq qaldıraraq, təslim olurdu. Amma Azərbaycan əsgəri sona qədər döyüşürdü. Ermənistanda çağırışçılar müxtəlif üsullardan istifadə edib, hərbi xidmətdən yayınmağa çalışırdılar. Azərbaycanda tam əks proses gedirdi. Azərbaycan əsgəri hərbi komissarlıqların qarşısında növbələrə düzülürdülər ki, onları döyüşə göndərsinlər. Azərbaycan əsgəri nəyin uğrunda döyüşə getdiyinin, nəyə görə canını fəda etdiyinin və şəhidlik zirvəsinə ucaldığının fərqində idi.

Politoloq Tural İsmayılov "Şərq"ə bildirib ki, Anna Akopyan savadsızlıqdan Ermənistan cəmiyyətinin real simasını növbəti dəfə ifşa etmiş oldu. Analitik deyib ki, əslində dəfələrlə vurğulanıb ki, Ermənistanda hazırda xidmət etmək üçün normal hərbçi tapa bilmirlər:

"Həqiqətən də, Ermənistan təkcə maddi-texniki cəhətdən, hərbi-idarəetmə baxımından deyil, həm də mənəvi-psixoloji durum baxımından da gerilərdə qalıb. Ermənistan baş nazirinin xanımının 44 günlük Vətən müharibəsində Ermənistandakı fərarilərin sayı ilə bağlı açıqlaması Ermənistan cəmiyyətində ciddi rezonans doğurmalı idi. Lakin Ermənistan cəmiyyəti artıq siyasi institutlar tərəfindən tamamilə manqurtlaşdırıldığı üçün prosesə adekvat reaksiya verilmir.

Əslində Akopyanın qadınlardan ibarət dəstə yaradaraq kişilərin kənarda qaldığını vurğulaması Ermənistan vətəndaşlarının Azərbaycan Ordusu qarşısına çıxma cəsarətinin olmadığını bir daha göstərmiş oldu. Həmçinin bu, acı bir reallığı ortaya qoydu ki, erməni cəmiyyəti Azərbaycanla müharibədən çəkinir, qorxur. Nikol Paşinyan və onun ətrafı zorla xalqı müharibə bəlasına sürükləməklə məşğuldur. Hesab edirəm ki, Akopyanın bilmədən etdiyi bu açıqlama Ermənistandakı real vəziyyəti özündə ehtiva edir. Burada mövcud situasiyanın da kifayət qədər gərginləşəcəyini ehtimal etmək olar.

Çünki cəmiyyət daxilində hakimiyyətə yaxın şəxslərin bu cür açıqlamaları heç də birmənalı qarşılanmır".

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO