kanal1

Azərbaycan məsələsi: Türkiyə-İran masasında... - NƏ BAŞ VERİR?

Tarix:10-04-2023, 15:30
Baxış Sayı:164 384



İsrailin Qüdsdəki Əqsa məscidinə basqınından dərhal sonra Türkiyə Prezidenti Ərdoğanla İran Prezidenti Rəisi arasında keçirilən və islam dünyasının həmrəyliyinin çox gərəkli olduğunun xüsusi vurğulandığı telefon danışığının ardınca, son günlər bir-birinə meydan oxuyan Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında da danışıqlar baş tutub. Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışıqları barədə hər iki tərəfdən verilən rəsmi açıqlamalarda seçilən cümlələrin ümumi ruhunun mövcud gərginliyin götürülməsinə hesablandığı aşkar görünür.

Bu sözləri politoloq Elxan Şükürlü 7 və 8 aprel tarixlərində Azərbaycan və İran XİN başçıları Ceyhun bayramov və Hüseyn Əmir Abdullahian arasında baş tutan telefon danışığı haqda qeyd edib.

O bildirib ki, bu danışıqlar İran-Azərbaycan münasibətlərində körüklənən gərginliyin dərhal aradan götürüləcəyi qənaəti və arxayınlığı yaratmamalıdır:

“Çünki həm İranın, həm də Azərbaycanın içərisində münasibətlərin məhz bu ərəfədə gərgin saxlanılmasında hədsiz maraqlı tərəflər var və bu “üçüncü əl” qətiyyən sakit durmayacaq. Bu “üçüncü əl”in sahibləri çox yaxşı bilirlər ki, İran-Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilib müharibə həddinə çatdırılması seçkilərə hazırlaşan və daxildən ciddi təhlükələr gözləyən Ərdoğan Türkiyəsini də zorən bu savaşa çəkəcək, bu həssas siyasi şəraitdə Türkiyə kəşfiyyatının, təhlükəsizlik qüvvələrinin diqqətini içdən, əsas hədəflərdən yayındırmağa və əlavə problemlərlə yüklənməyə vadar edəcək.

Türkiyədəki 14 may seçkiləri regionumuzun və Türkiyənin geopolitik taleyini həll edəcək hadisədir, Ərdoğanın seçilməməsini və Türkiyədə qarışıqlıq düşməsini istəyənlərin hamısı məhz bu ərəfədə hərəkətə gətiriləcək. FETÖ-nün əliylə 2016-cı ildə devirməyə çalışdıqları Ərdoğanın son illərdə həyata keçirdiyi Rusiya və İranla yaxınlaşma siyasətində, "3+3" formatının reallaşmasında bzim ölkəmiz - Azərbaycan çox önəmli yer tutur, bir növ, bağ rolunu oynayır. İndi Ərdoğanın əsas düşmənləri üçün ən zəif həlqə də məhz Azərbaycandır”.

Ekspertin fikrincə, Azərbaycan üzərindən “Karlov sui-qəsdi”nə, “təyyarə qalmaqalı”na bənzər ssenarilərlə qurulan oyunlar, təşkil edilən fitnəkar addımlar Ərdoğanın həm Rusiya, həm də İranla münasibətlərini korlayaraq, onun təklənməsinə və yenidən Qərb çətiri altına sığınmasına gətirib çıxara bilər:

“Azərbaycan cəmiyyəti və dövləti indi həmişəkindən daha ayıq-sayıq davranmalı, zorən çəkildiyi ssenarilərdən yayınmağı bacarmalı, fitnəyə qətiyyən uymamalıdır. Əks halda, bizi qurucusu olmadığımız bir oyuna çəkib, orada rahatca məğlub edəcəklər”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi