kanal1

Rusiya Qarabağı yenə ERMƏNİLƏŞDİRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Tarix:10-04-2023, 14:22
Baxış Sayı:173 012



Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin pozulmasını qeydə alıblar.  Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Rusiya Müdafiə Nazirliyi keçmiş “ənənə”sinə sadiq qalaraq Azərbaycan toponimlərini erməniləşdirib. Hadisənin Əsgəran (Rusiya tərəf rayonun adını məlumatda Martuni kimi qeyd edir) rayonunda qeydə alınıb:

“Bundan sonra sülhməramlılar Ağdərə (məlumatda Mardakert kimi təqdim olunur), Əsgəranvə Şuşa rayonlarında patrul xidməti həyata keçiriblər. Ölən və yaralananlar olmayıb”.

Atəşkəsi konkret olaraq kimin pozduğu məlumatda açıqlamır. Bu faktla bağlı Rusiya sülhməramlılarının komandanlığı araşdırma aparır.

Əlavə edilib ki, Rusiya sülhməramlıları 23 noyabr 2020-ci ildən atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Sonuncu dəfə aprelin 1-də Şuşa rayonunda atəşkəs rejiminin pozulması barədə məlumat verilib.

Xatırladaq ki, bənzər yanaşmalar əvvəllər də Rusiya Müdafiə Nazirliyinin məlumatlarında müşahidə edilib. Azərbaycan XİN, Müdafiə Nazirliyi buna etiraz etsə də, vəziyyət dəyişməyib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi