kanal1

Qarabağda sülh: NƏ QƏDƏR ƏLÇATANDIR?.. - AKTUAL

Tarix:20-04-2023, 15:30
Baxış Sayı:357 329



Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsi və region üçün sülh formulunu açıqlayıb. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır. Onun sözlərinə görə, sülh rəsmi İrəvanın qonşu dövlətlərə ərazi iddiasının olmadığını açıqlamasından sonra baş tuta bilər. Paşinyan Ermənistanın bütün qonşuları ilə normal münasibət qurmaq istədiyini deyib:

“Əgər Gürcüstan və İranla münasibətlərdə mövzu əməkdaşlığın dərinləşdirilməsidirsə, Türkiyə və Azərbaycanla münasibətlərdə söhbət təmasların normallaşmasından gedir”. Baş nazir əlavə edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır: “Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”. Paşinyanın qənaətincə, bölgədə sülhün təmin olunması üçün kommunikasiyaların açılması vacibdir: “Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

 Ermənistan baş nazirinin sonuncu bəyanatlarını "Şərq"ə dəyərləndirən Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, Nikol Paşinyan özü də anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, qonşularla əməkdaşlıq etməkdən başqa çarəsi yoxdur. Professor bildirib ki, müharibədən məğlub çıxmış Ermənistan hələ də özünə gələ bilməyib, əksinə, siyasi-iqtisadi baxımdan daha da dibə batıb:

"Ölkə iqtisadi böhran içindədir, siyasi xaos yaşanır. Paşinyanın özünün vəziyyəti də yaxşı deyil. Şübhəsiz ki, baş nazirin açıqlamaları müxtəlif dairələrə mesaj xarakteri daşıyır. Adətən Paşinyanın bəyanatları bir-birinə uymasa da, ziddiyyət təşkil etsə də, sonuncu açıqlamalarında etiraflar çoxdur. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan dövləti və xalqı ortaya müstəqil siyasi iradə qoymalıdır. İrəvan hökuməti xarici güclərin təsirindən çıxaraq rəsmi Bakı ilə birbaşa təmaslar qurmalıdır. Paşinyan anlamalıdır ki, bizimlə sülh müqaviləsinin qarantı elə Azərbaycan özüdür, zəmanətçi Türkiyədir. Əlavə vasitəçilərə, kənar qarantorlara ehtiyac yoxdur. Çünki heç bir üçüncü ölkə Bakı və Ankaranın verdiyi təminatı verə bilməz. Aydındır ki, Paşinyanın "sülh üçün zəmanətçi" istəməsi başqa təhlükədən xəbər verir. Məqsəd kənar güclərin prosesə müdaxiləsinə imkan yaratmaqdır. Əslində bu da sülh prosesini yubatmaq, uzatmaq məqsədi daşıyır. Ancaq uzanan proses Ermənistanın lehinə deyil".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi