Ermənistan silahlı qüvvələrinin yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətindən (2 noyabr 1993-cü il). “Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.” Keçmiş beynəlmiləlçi döyüşçülərlə görüşdə çıxışından (4 noyabr 1993-cü il). “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.” Azərbaycanın milli qəhrəmanları və şəhidlərin ailə üzvləri ilə görüşdə çıxışından (27 dekabr 1993-cü il). “Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir.” İstanbul Beynəlxalq "Sülh və səbir" konfransının iştirakçılarına müraciətindən (Bakı şəhəri, 7 fevral 1994-cü il). “Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır.” Türkiyə Böyük Millət Məclisində çıxışından (9 fevral 1994-cü il). “Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır.” Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşdə çıxışından (London, “Hilton” oteli, 23 fevral 1994-cü il). “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır.” - “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.” Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışından (15 iyun 1993-cü il). “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.” Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdən (13 avqust 1993-cü il). “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur.” Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışından 22 sentyabr 1993-cü il). “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur.” - “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik.”Novruz şənliyində çıxışından (21 mart 1996-cı il). “Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər.”Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə çıxışından (Bonn, 1 iyul 1996-cı il).
“Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.” Azərbaycan yazıçılarının X qurultayında nitqindən (30 oktyabr 1997-ci il). “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir.” Yeni Azərbaycan Partiyasının gənclər birliyi nümayəndələrinin ümumrespublika toplantısında nitqindən (18 fevral 1998-ci il). “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır.”Qurban bayramı münasibətilə Mirmövsüm ağanın ziyarətgahında keçirilən görüşdə nitqindən (8 aprel 1998-ci il). “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.” Qafqaz Müsəlmanları Qurultayında nitqindən (30 sentyabr 1998-ci il). “Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur.” “Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır.” Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqindən (2 avqust 1996-cı il). “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq.”Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən (2 avqust 1996-cı il). “Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir.” İslam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Şıx kəndində Bibiheybət məscidinin bərpasına başlanması mərasimində çıxışından (23 iyul 1997-ci il).