kanal1

Ermənilərin Zoddakı təxribatı sülh danışıqlarını pozmağa yönəlib - AÇIQLAMA

Tarix:11-05-2023, 12:17
Baxış Sayı:208 422

Ermənilərin Zoddakı təxribatı sülh danışıqlarını pozmağa yönəlib - AÇIQLAMA


Ermənistan hər zaman olduğu kimi yenə də təxribatlara əl atmaqla sərhəddə gərginlik yaradıb,  hər vasitə ilə danışıqlar prosesini pozub, sülhdən yayınmağa çalışır.

Bunu açılamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, nə zaman ki, danışıqlar prosesi aktivləşir, o zaman Ermənistanın sülh danışıqlarını pozması adət  halını alıb.

“Bununla da danışıqlar prosesinə kölgə salıb, bölgədə gərginliyin davam etməsinə çalışırlar”, - o qeyd edib.

Məmmədli əlavə edib ki, Ermənistanın bu gün Zod istiqamətində törətdiyi təxribat isə istər mayın 1-dən 4-dək Vaşinqtonda reallaşan danışıqları, istərsə mayın 14-də Brüsseldə üçtərəfli formatda, istərsə Moskvada nəzərdə tutulan, istərsə də iyunun 1-nə Kişinyovda planlaşdırılan danışıqları pozmaq məqsədi daşıyır: “Bu bir daha onu göstərir ki, Ermənistan bölgədə sülhün yaranmasında yox, sülh danışıqlarından öz məqsədləri üçün manipulyasiya edir. Lakin unudur ki, bu cür cəhdlər nəticə verməyəcək. İrəvanın müxtəlif hiylələrə əl ataraq sülh danışıqlarından yayınması nəticə etibarı ilə özünün ziyanına olacaq. Onsuz da Azərbaycan öz hədəflərinə doğru addım-addım irəliləyir. Çünki İrəvanın sülhdən başqa variant yoxdur. Bunun əksi Ermənistanın faciəsi deməkdir”.

Deputat onu da əlavə edib ki, Ermənistanın Zodda törətdiyi təxribat nəticəsində hər iki tərəfdən itkilər var.

“Bu təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Amma onlar bilməlidir ki, Azərbaycan tərəfi bu cür təxribatların qarşısını alacaq və artıqlaması ilə cavabını verəcək”, - o qeyd edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi