kanal1

“Qarşıdurma olsa, Azərbaycan Şuşadan Xankəndiyə qoşun yeridəcək...”

Tarix:15-05-2023, 11:38
Baxış Sayı:172 092

“Qarşıdurma olsa, Azərbaycan Şuşadan Xankəndiyə qoşun yeridəcək...”


“Mayın 15-də Samvel Babayan Stepanakertdə kütləvi etiraz aksiyası keçirəcək və bunun hansı nəticələrə gətirib çıxaracağını anlayıb dəhşətə gəlirəm".

Moderator.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni jurnalist Nairi Xoxikyan yazıb.

“Heç kimə sirr deyil ki, Samvel Babayan Nikol Paşinyanın qrupu ilə çox fəal əməkdaşlıq edir və indi Paşinyanın bütün təbliğat maşını Babayanın Artsaxda hakimiyyətə gətirilməsi üçün çalışır.

Samvel Babayan özü deyirdi ki, azərbaycanlı iş adamlarının Qarabağa daxil olmasının əleyhinə deyiləm,  Qarabağdakı  hakimiyyət azərbaycanlılarla əməkdaşlıq etməlidir. Eyni zamanda rus sülhməramlılarından narazılığını bildirir, hətta deyir ki,  onlar heç nə edə bilmirlərsə, çıxıb getsinlər”,- deyə erməni jurnalist əlavə edir. 

Samvel Babayanın Xankəndində mitinq keçirməsindən çox narahat olan N. Xoxikyan həmin mitinqdən sonra nələr baş verə biləcəyi haqda versiyalarını sadalayır. Həmin versiyalardan birində o, iddia edir ki, belə mitinq olacağı  və hayklar arasında qarşıdurma baş verəcəyi halda Azərbaycan Şuşadan Xankəndinə ordu yeridəcək.   

"Mayın 15-də Stepanakertdə minlərlə insan Artsax hökumətinə qarşı mitinq keçirir. Polislə mütəşəkkil toqquşmaların olması çox mümkündür. Azərbaycan da məhz bunu istəyir. Dərhal Şuşadan öz vətəndaşlarını separatçı hakimiyyətdən qorumaq üçün polis geyimində olan 2000 silahlı şəxs Stepanakertə göndəriləcək. Qalanını təsəvvür edə bilərsiniz”-deyə erməni jurnalist həyəcanla yazır.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi