kanal1

Tehran Bakı ilə barışmaq istəyirmi? - İNCƏLƏMƏ...

Tarix:18-05-2023, 13:41
Baxış Sayı:163 013



İran-Azərbaycan münasibətləri normallaşmayıb. Prezident İlham Əliyev Şuşada keçirilən konfransda xarici ekspertlərdən birinin sualına cavab verərkən dedi ki, Azərbaycan İranla münasibətləri normallaşdırmağa hazırdır, ancaq birinci addımı Tehran atmalıdır. Bunun üçün lik addım kimi İranın hakimiyyət strukturları Tehranda Azərbaycan səfirliyinə edilən hücumün araşdırılması barədə Bakıya məlumat verilməlidir. Tehran istintaqın gedişi barədə Bakıya məlumat verməyib. Ümumiyyətlə Tehranın səfirliyə silahlı hücumla bağlı araşdırma aparmadığı barədə görüntü yaranıb.
Bu arada, İranın beynəlxalq münasibətlər üzrə eksperti Əli Biqdeli maraqlı təklif irəli sürüb. O deyib ki, Azərbaycan və İran arasında münasibətlərin normallaşmasında Moskva və Ankara vasitəçilik edə bilərlər. Əli Biqdeli keçmiş diplomatdır, İranın Azərbaycanda və Türkiyədə səfiri olub. Biqdeli fars millətçi dairələrinə yaxın ekspertdir. Biqdeli İran-Azərbaycan münasibətlərinin hazırki vəziyyətini belə qiymətləndirib: “Azərbaycan məsələsi yeni mövzu deyil və keçmişə dayanır. Bu bölgə keçmişdə İrana məxsus olub. Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra bölgədə gücünü artırmağa çalışır. Azərbaycan Türkiyə və İsraillə yaxın münasibətlərinə görə İran üçün ciddi təhlükə hesab edilə bilər. Ən əsası İsrailin regionda təhlükəsizlik və hərbi mövcudluğudur ki, bu da İran üçün təhdid sayılır”. Buna baxmayaraq, Biqdeli Tehranın Bakı ilə münasibətləri uzun müddət gərginlikdə saxlaya bilməyəcəyini vurğulayıb: “İran bilməlidir ki, bu məsələ tezliklə həll olunmalıdır. Gərginlik daha çox zərərə və xəsarətə yol verməməlidir”.
Biqdeli Rusiyanın vasitəçi ola biləcəyini desə də, Kremlin İranla Azərbaycan arasındakı münasibətlərin gərginliyində maraqlı olduğunu bildirib: “Moskva İranın belə mübahisələrdə və gərginlikdə ilişib qalmasında maraqlıdır. Amma nəzərə alaq ki, İran və Səudiyyə Ərəbistan arasında sülh əldə edildikdən sonra bölgədə sakitləşdirici vəziyyət yaranmalıdır. Belə bir vəziyyətdə İran Rusiya vasitəsilə Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır. Bu məsələdə Türkiyə və Rusiyanın vasitəçilik rolunu da nəzər almaq lazımdır”.
Beləliklə, Tehran Bakı ilə münasibətlərin normallaşması üçün yollar axtarır. Tehran Biqdelinin vasitəsilə Moskva və ya Ankaranın vasitəçi ola biləcəyinə işarə edib. Biqdeli onu da gizlətməyib ki, İran hazırda daxili və xarici böhranlara üzləşib, Azərbaycanla böhranın müharibə səviyyəsinə çatmasına imkan verilməməsi gərəkliyini bildirib.
İran-Azərbaycan münasibətlərinin normallaşması üçün Moskva və ya Ankaranın vasitəçiliyinə ehtiyac yoxdur. Tehran Azərbaycana qarşı təxribatlarını durdursun, ölkəmizdə “5-ci kolon” və xəfiyyə şəbəkəsi formalaşdırmaq siyasətindən imtina etsin, səfirliyə hücumun araşdırılmanın hazırki durumu barədə Bakını məlumatlandırsın, bu halda normallaşma prosesi başlaya bilər. Bu addımlar atılmadan başqa dövlətlərin vasitəçiliyi də heç nəyi həll etməyəcək.
“Atlas” Araşdırmalar Mərkəzi

Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
İran itkilərinin sayını açıqladı
İran itkilərinin sayını açıqladı
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Qarabağ Universitetində YENİLİK
Qarabağ Universitetində YENİLİK
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi