kanal1

SON NÖQTƏ: Paşinyan Bakıya çağrılmalıdır... - YOLU BUDUR...

Tarix:27-07-2023, 14:00
Baxış Sayı:112 621



"Problemi beynəlxalq səviyyəyə qaldırmaq və onu vasitəçilərin rolu ilə həll etmək Azərbaycanın məsələsidir".

Bunu "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov Qərb Tərəfindən Minsk qrupunun yenidən bərpasına cəhd olunmasından danışarkən deyib.

O bildirib ki, 30 il əvvəl biz həmsədrləri Qarabağ problemini həll etmək üçün vəzifələndirdik, lakin nəticə əldə olunmadı:

"Hətta bu Prezident səviyyəsində dilə gətirildi və ölkə başçısı Qarabağ problemi üzrə Minsk qrupunun fəaliyyətlərinin heç bir nəticə vermədiyini önə alaraq bildirdi ki, mən sizi bura çağırmamışam niyə gəlmisiz. Bundan sonra isə Qərb yenidən problemin həllini Minsk qrupunun fərqli formatına daşıyır. Mənə elə gəlir ki, bütün təmaslar Bakıdan kənarda olmamalıdır. Yəni təmasda olmaq istəyən hər kəs Bakıya gəlməlidir. Hətta Ermənistan baş naziri də Bakıya çağrılmalıdır, əgər gəlməsə, deməli məsələnin həllini istəmir.

Analitikin sözlərinə görə, biz fərqli ölkələrə gedərək öz əlimizlə məsələnin həllini xarici dövlətlərin maraq çərçivəsinə məhkum edirik:

"Bunun da nəticəsində məsələ həllini tapmır. Hətta mümkündür ki, proses bundan sonra 30 il çəksin. Çünki biz ipi xarici qüvvələrin əlinə veririk. Onlar da öz maraqlarından yola çıxaraq, problemin həllini tormuzlayır. Bu səbəblə də cənab Prezidentin səsləndirdiyi ön plana çəkərək nə Minsk qrupunun, nə də ona bənzər digər vasitəçilərin məsələni həll edəcəyini düşünmürəm. Yalnız Bakıda keçiriləcək təmasların tərəfdarıyam. Əlbəttə XİN-in və başqa qurumların bilib də bizim bilmədiyimiz bəzi məsələlər ola bilər, ancaq mənim fikrimcə, problemin həlli üçün Bakıdan kənara çıxmağa ehtiyac yoxdur".

Qeyd edək ki, 30 illik işğal dövrü artıq geridə qalıb və 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb. Azərbaycan cəmiyyətində də bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur. Qərb, o cümlədən ABŞ tərəfindən isə Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər müşahidə olunur. Bu da Qərbin siyasi riyakarlığının təzahürü hesab olunmalıdır.

Çünki Minsk qrupu artıq keçmişdə qalıb və Azərbaycan onun bərpa edilməsinə imkan verəcəyi mümkünsüz görünür.

Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
İran itkilərinin sayını açıqladı
İran itkilərinin sayını açıqladı
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Qarabağ Universitetində YENİLİK
Qarabağ Universitetində YENİLİK
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi