kanal1

Azərbaycana dəstək artır

Tarix:21-08-2023, 11:03
Baxış Sayı:108 075


Azərbaycana dəstək artır

                                                   
 
     Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. Ermənistan və diaspora soyuq müharibə dövrünü yaşayır. TŞ-də müzakirələrdə istənilən nəticələrin alınmaması onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Azərbaycanın hərəkətləri qanunidir. TŞ-dəki müzakirələr “Dağlıq Qarabağda”kı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. Qarabağ müstəqil dövlət olmayacaq. Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist  dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq. Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Rəsmi İrəvanın reinteqrasiyaya maneə törətmək cəhdləri. Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur. Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasını təmin edəcəkdir. Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluqla nəticələndi.BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolunu dəstəkləyir. İclas zamanı  Azərbaycanı dəstəkləyən Albaniya, Braziliya və digərlər ölkələrin nümayəndələri beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləmişdilər. Etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas məqsədi ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclasında görüldüyü kimi, Fransa Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibəti sərgiləyir. Rəsmi Paris Azərbaycanofobiya siyasətindən əl çəkməli və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməlidir. 
Ermənistanın Beynəlxalq Qırmızı Xaç Komitəsindən siyasi məqsədləri üçün sui-istifadə etməsi açıq şəkildə göstərir ki, regionda beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur.Luis Moreno Ocamponun qərəzli hesabatı kağız parçasıdır. BMT TŞ-də müzakirələr başlamadan əvvəl Ermənistan, qondarma Dağlıq Qarabağ rejimi, erməni diasporu Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocamponun qərəzli və faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Amma nəticədə məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Əvəzinə isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi.Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir.Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.Ermənistan tərəfindən humanitar bəhanələrlə edilən manipulyasiyalar təxribat xarakterli hərbi fəaliyyətlə eyni zamanda baş verir. Ötən həftələr ərzində beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçivəsində Ermənistanın öhdəliyinin kobud pozuntusu olaraq, Azərbaycan ərazisində qeyri-qanuni qalan erməni silahlı qüvvələri hərbi-mühəndislik və digər qanunsuz işlərini daha da artırıb. Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb. Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.
                      
 
 
 

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi