kanal1

Aqiyə Naxçıvanlı: O dəhşətli günü nə biz unutduq, nə xocalılar, nə də bu faciəyə göz yuman ədalətsiz dünya!

Tarix:25-02-2022, 09:00
Baxış Sayı:219 309

Aqiyə Naxçıvanlı: O dəhşətli günü nə biz unutduq, nə xocalılar, nə də bu faciəyə göz yuman ədalətsiz dünya!


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı Oğuz rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilmişdir. Şəhidlər xiyabanı qarşısında baş tutan görüşdə deputat Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında geniş danışdı. Əsrin ən amansız qətliamı zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Ən təəccüblüsü budur ki, faciə bəşəriyyətin gözünün qarşısında nümayişkəranə şəkildə baş vermişdir. Bugün dünya dövlətlərinə demokratiyadan, insan haqlarından dərs keçən bəzi dövlətlər isə seyrçi mövqedə dayanmışdılar. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət idi. Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında - “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur” – fikrinə əsaslanan dövlət başçısımız cənab İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirərək işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olmuşdur. Onun göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir.

Görüşdə çıxış edən Vidadi Həsənov, Qəndab Xəlilova Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad edilməsindən, alınmış ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışaraq Xocalıya gedəcəkləri günü səbirsizliklə gözlədiklərini bildirmişlər.

Oğuzda məskunlaşan Xocalı ailələri fəaliyyəti dövründə onları yalnız qoymayan deputat Aqiyə Naxçıvanlıya xocalılara göstərdiyi diqqətə, qayğıkeşliyə və göstərdiyi köməkliklərə görə minnətdarlıqlarını bildirmiş, onunla Xocalıda görüşmək arzusunda olduqlarını söyləmişlər.
Tədbirin sonunda deputat tərəfindən təşkil olunmuş ərzaq sovqatları Oğuz rayonunda məskunlaşmış Xocalı ailələrinə təqdim edilmişdir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi