kanal1

Tıxacdan qurtulmağın YOLLARI – Bakıda dəniz marşrutu AÇILIR?

Tarix:24-09-2024, 13:33
Baxış Sayı:92 200

Tıxacdan qurtulmağın YOLLARI – Bakıda dəniz marşrutu AÇILIR?


Xəzər dənizində “Mirvari” adlı gəmi ilə dəniz gəzintisi yenidən bərpa ediləcək. Bu xəbərdən sonra sosial şəbəkələrdə bir çox müzakirələr başlayıb. Insanlar düşünür ki, Azərbaycanda dəniz marşrutu fəaliyyətə başlaya bilər və gəmi vasitəsilə insanlar bir məntəqədən digərinə gedə bilərlər. Biz qonşu ölkələrdə bu təcrübə ilə tanışıq. Əsasən də Bakıda son dönəmlər tıxacın və sıxlığın kəskin artması bu tip fikirlərin ortaya çıxmasına səbəb olur. Artıq canından usanmış insanlar da həll yolları axtarırlar.

Bəs Azərbaycanda dəniz marşrutuna keçmək nə dərəcədə real və effektiv görünür?

Qeyd edək ki, Lənkərana əvvəllər əsas nəqliyyat gəmi ilə olub. Sonralar dəmir yolu və avtomagistral yolun tikilməsi ilə bərabər gəmi nəqliyyat vasitəsi kimi sıradan çıxdı. Çünki insanlar gəminin 7-9 saata getdikləri yolu, avomobil və avtobusla 2-3 saata getməyə başladılar. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizim.Media-ya bildirib ki, Azərbaycanda dəniz nəqliyyatından istifadə effektiv nəticə verməyəcək.

“Havaya bağlı olan dəniz nəqliyyatı ilə sərnişin daşınma dayanıqlı deyil. Hava küləkli olacaqsa, reys təxirə salınacaq, gəmi yarıdolu olacaq. Bu vəziyyət iqtisadi səmərəliliyi şübhə altına alır. Əgər yarıboş olacaqsa, və ya hansısa günlər işləməyəcəksə, bu növ daşınmanın bileti də baha olacaq”. 

“Dəmir yoluna üstünlük verilməlidir”

Nəqliyyat ekspertinin sözlərinə görə, Bakıdakı tıxacı və sıxlığı aradan qaldırmaq üçün şərait var:

“Bakıda əsas tıxac şimal tərəfdə, yəni Sumqayıt, Xırdalan istiqamətindədir. Buna da ciddi alternativ quruda olan dəmir yoludur. Dəmir yolu daşınmalarının sayını artırmaq üçün reyslərin sayı, qatarların  sayı, stansiyaların sayı artırılmalıdır. Həm şəhərin daxilində, həm də Sumqayıtın içinə doğru ikinci stansiyanın tikilməsi və həmin stansiyaların da əlçatanlığı təmin olunmalıdır ki, insanlar şəhərin müxtəlif yerlərindən ora gələ bilsinlər”. 

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi