kanal1

2021-ci ildə həmkarlar ittifaqlarına işə bərpa ilə bağlı müraciətlərin 65 %-i müsbət həll edilib

Tarix:9-03-2022, 15:20
Baxış Sayı:223 853

2021-ci ildə həmkarlar ittifaqlarına işə bərpa ilə bağlı müraciətlərin 65 %-i müsbət həll edilib


Azərbaycan həmkarlar ittifaqları ölkə Prezidenti İlham Əliyevin vətəndaşların müraciətləri ilə bağlı dövlət orqanlarına verdiyi tapşırıq və göstərişləri nəzərə alaraq, hər zaman üzvlərinin ərizə və şikayətlərinə həssas yanaşır, onların həlli istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Belə ki, 2021-ci ildə Azərbaycan həmkarlar ittifaqları aparatlarına üzvlərdən 143 834 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə 1 093 müraciət daxil olub. Müraciətlərin 97,9 %-i müsbət həll edilib.

Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) açıqlamasında deyilir.

Bildirilir ki, bilavasitə AHİK Aparatına ötən il ərzində 1 142 ərizə və şikayət daxil olub. Bu müraciətlərin hamısı müsbət həllini tapıb.

Ötən il 124 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qubul edilib. Onlardan 65-i Konfederasiya sədrinin qəbulunda olub. Qaldırılan məsələlərin hamısı müsbət həll edilib.

Ümumiyyətlə, 2021-ci ildə əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar həmkarlar ittifaqına 297 müraciət daxil olub, onlardan 193-ü müsbət həllini tapıb.

Maddi yardım və yollayışlara aid müraciətlərin çox olmasına baxmayaraq, AHİK və üzv təşkilatları tərəfindən hər il ehtiyacı olan həmkarlar ittifaqı üzvləri maddi yardım, müalicə və istirahət ocaqlarına yollayışlarla təmin edilirlər.

İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya görə AHİK-in ünvanına xeyli sayda təşəkkür məktubu ünvanlanıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi