kanal1

Çoxpartiyalı parlamentin formalaşması Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi islahatların bir təzahürüdür

Tarix:10-03-2022, 18:23
Baxış Sayı:293 738

Çoxpartiyalı parlamentin formalaşması Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi islahatların bir təzahürüdür


2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclası sonrakı dövrdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə idi. Dövlətimizin başçısı parlamentdə hər zaman olduğu kimi, dərin məzmunlu və əhatəli çıxış etmişdi. İlk növbədə həmin çıxışda qeyd olunmuşdu ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Belə bir vacib məqam da diqqətə çatdırılmışdı ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu vurğulamışdı. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması demək idi.

Məlum olduğu kimi, 2020-ci il ölkəmizin tarixinə ən əlamətdar, ən önəmli illərdən biri olaraq həkk olundu. Təbii ki, bu ilin xalqımız üçün ən böyük əhəmiyyəti Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi və bu şanlı zəfər nəticəsində özünün ərazi bütövlüyümü bərpa etməsilə bağlıdır. Eyni zamanda da həmin ölkəmizin ictimai-siyasi həyatında daha bir neçə önəmli hadisələr baş verimişdir ki, mahiyyət etibarı ilə bu hadisələr də məhz Azərbaycanın tarixi Qələbəsini təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən artıq uzun illərdən bəri düşünülmüş şəkildə həyata keçirilən kompleks hazırlıq tədbirlərinin vacib tərkib hissəsi olmuşdur. O cümlədən, 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ölkəmizin həyatında son dərəcə önəmli hadisə idi. Altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması Azərbaycanda siyasi sistemi möhkəmləndirən, siyasi münasibətləri sağlam zəmində gücləndirən əhəmiyyətli amil oldu. Ümumiyyətlə vurğulamaq lazımdır ki, son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz elə çoxpartiyalı parlamentin formalaşması olub. Etiraf olunmalıdır ki, ötən illərdə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi bir hal baş verməmişdir. Bu mütərəqqi addım da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır. Əlbəttə ki, Milli Məclis Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək istiqamətində bundan sonra daha fəal iş aparmalıdır. Öz növbəsində Prezident Administrasiyasının nümayəndələri xüsusilə son iki ildə demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə mütəmadi görüşlər keçirirlər. Çünki siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Həmçinin qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində inkişaf etdiriləcək.

Bu gün bizim qarşımızda duran əsas məsələlərdən biri də əlbəttə ki, gənc nəslin vətənə məhəbbət, dövlətə sədaqət, milli ənənələə hörmət ruhunda tərbiyə olunması ilə bağlıdır. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər bir daha təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı bir daha qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində, əlbəttə, qanunvericilikdə yeni addımlar atılmalıdır.

Bundan başqa, Milli Məclis beynəlxalq əlaqələrin gücləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində görülən işlərin həm həcmini, həm də effektivliyini artırmalıdır. Heç şübhəsiz bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsi, nüfuzunun durmadan artması ilk növbədə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, balanslı xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin sayəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır. Məhz bu uğurlu siyasət Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı oyunçularından birinə çevirib. Xüsusilə son günlər Ukrayna hadisələri ilə bağlı aparıcı dünya və Avropa dövlətlərinin başçılarının Azərbaycan Prezidenti ilə mütəmadi telefon danışıqları və müzakirələr aparması da bu deyilənlərin bariz sübutudur. Bütün bu baş verənlərin fonunda əlbəttə ki, bu gün Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmsil edən deputatlar da daha fəal olmalı, daha effektiv fəaliyyət göstərməlidirlər. Dövlət başçımızın da qeyd etdiyi kimi, o təşkilatlarda ki, Azərbaycana qarşı ikili standartlar, qərəzli yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada daha mübariz olmalıyıq. Beynəlxalq təşkilatların, böyük dövlətlərin qarşısında yox, dövlətimizin, xalqımızın qarşısında yaxşı olmağa çalışmalıyıq. Yalnız bu yolla biz ölkəmizin mövqelərini daha da gücləndirə bilərik.

Rüstəm Nağıyev,
Yeni Azərbaycan Partiyası
Gədəbəy rayon təşkilatının sədri

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük