kanal1

Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...

Tarix:3-06-2025, 16:00
Baxış Sayı:59 516



Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Həmin müddət martın sonunda başa çatıb.

Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov unikal.az-a açıqlamasında bildirib ki, bu il yeni sosial paketin icra olunacağı ilə bağlı ötən ilin sonunda məlumat verilmişdi.

O xatırladıb ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü ildə Sərəncam imzalayaraq Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt vermişdi:

"Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələnin üzərində çox ciddi işləyir. Müvafiq artımların edilməsi üçün maliyyə və hüquqi bazanın hazırlanması istiqamətində proqram hazırlayır. Bu baxımdan artımlarla bağlı icraatın yaxın zamanlarda başlayacağını düşünürəm. Dövlətimiz sosial siyasəti günü-gündən dərinləşdirir. İcra olunmuş 5 sosial paket 7,6 milyard manat maliyyə tutumu ilə 4 milyon nəfərin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərib.

Belə ki, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.

Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artıb. Bu ildən icrasına başlanmış yeni sosial islahat paketi 3 milyon nəfəri əhatə edəcək və dövlət büdcəsi üçün illik 1,4 milyard manat əlavə maliyyə yükü yaradacaq. Təbii ki, növbəti artımların həyata keçirilməsi əhalinin sosial rifahını daha da yaxşılaşdıracaq".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi