kanal1

Veteranların Prezident təqaüdü artırılacaq?

Tarix:13-06-2025, 10:33
Baxış Sayı:51 325

Veteranların Prezident təqaüdü artırılacaq?


Müharibə veteranlarına verilən 80 manat Prezident təqaüdünün məbləğinin artırılma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır: “Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətləndirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.

Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq”.

R.Mustafayev əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra  26 min 600 şəhid ailəsi üzvü və müharibə iştirakçılarının məşğulluğu təmin edilib. Onlardan 12 min 600-ü özünüməşğulluq proqramlarına cəlb edilib”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla müxtəlif kateqoriyalara yönələn müavinət və təqaüdlərin məbləği artırılıb. Artımlar ümumilikdə 3 milyon vətəndaşı əhatə edir.

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
“BYD” qəza törətdi - Piyada öldü
“BYD” qəza törətdi - Piyada öldü
“TikTok”da söyüş söyən şəxs həbs edildi
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir