kanal1

Bu ailələrdə hər uşağa bu gündən hər ay 140 manat ödəniləcək

Tarix:1-07-2025, 09:26
Baxış Sayı:54 495

Bu ailələrdə hər uşağa bu gündən hər ay 140 manat ödəniləcək


"Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çox uşağlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırıldı".

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Qanunvericiliyə əsasən bu müavinət beşdən çox uşaqı dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur. Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir:

"Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, ananın beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir.

Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də çox uşaqlı ailə anlayışına yenidən baxılması və çox uşaqlı ailələr üçün uşaqların sayının mərhələli şəkildə beşdən üçə endirilməsi ilə bağlıdır".

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək