kanal1

Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?

Tarix:28-10-2025, 16:00
Baxış Sayı:28 639

Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?


"Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanunda təsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normalarını müəyyənləşdirib. Yeni qərar ilə tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq edilib. Sosial sahəyə aid olan müəssisələrdə xidmət alan şəxslər üçün də orta sutkalıq qida normalarının təsdiqi də reallaşıb".

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq edilib:

"Belə ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı.

Artımlara gəldikdə isə, yeni normalarda artımlar da təsdiq edilib və bu da həmin qurumlara dövlət büdcəsindən daha çox vəsaitin ayrılacağı anlamına gəlir. Təbii ki, bu həmin müəssisələrin fəaliyyətlərinin səmərəlliyinin artmasına və maddi və sosial təminatının daha da gücləndirilməsinə imkan verəcək.

Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alan vətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki, yeni normalar müasir çağrışlar və xərclər nəzərə alınmaqla təsdiq olunub. Bu isə həmin müəssislər üçün ödənilən məbləğin artmasına səbəb ola bilər. Təbii ki, bu həmçinin həmin qurumlarda xidmətin keyfiyyətinin də artmasına gətirib çıxaracaq. Bu baxımdan, yeni normaların təsdiqi mütərəqqidir və büdcədən bu sahəyə daha çox vəsait ayrılmasına səbəb olmaqla vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edəcək".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi