kanal1

Uşaqpulu ilə bağlı məsələ yenidən gündəmdə – Gözlənilən qərar verilir?

Tarix:4-11-2025, 12:42
Baxış Sayı:19 102

Uşaqpulu ilə bağlı məsələ yenidən gündəmdə – Gözlənilən qərar verilir?


Azərbaycanda son illər doğum sayındakı kəskin azalma ciddi narahatlıq yaradıb. Belə ki, 1991-ci ildə 190 mindən bir az çox, 2011-ci ildə 176 minə yaxın, 2024-cü ildə isə 102 min civarında uşaq doğulub. Bildirilir ki, artıq ailə qurmaq və uşaq böyütmək sosial-iqtisadi baxımdan getdikcə çətinləşir. Bu fonda uşaqpulunun bərpası və ailələrə real dəstək mexanizmlərinin tətbiqi müzakirə edilir.

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, əhalinin sayının sürətlə azalması yalnız sosial-iqtisadi amillərlə bağlı deyil:

“Ümumilikdə, bu prosesin cəmi 2-3 faizi iqtisadi səbəblərlə izah oluna bilər. Uşaq dünyaya gətirmək istəyi daha çox fərdin düşüncə tərzi və dəyərləri ilə əlaqədardır. Bu məsələyə müəyyən qədər sosial şəbəkələr də təsir göstərir. İnsanlar orada az uşaqlı ailələrin rahat həyatını, istirahətlərini, səyahətlərini görür və bu, onların seçimlərinə psixoloji təsir edir. 1-2 uşağı dayəyə etibar etmək mümkündür, lakin say artanda bu, daha çətin olur. Az uşaqlı ailə modeli Azərbaycanda bir sıra yeni sahələrin inkişafına da şərait yaradıb. Məsələn, özəl bağçaların sayının artması, uşaqların məktəbə taksi ilə daşınması, əyləncə mərkəzlərinin çoxalması bu tendensiyanın nəticəsidir. Əvvəlki illərdə 7-8 övlad olan ailələrdə belə uşaqlar bağçaya verilmir, daha çox ailə daxilində böyüdülürdü”.

İqtisadçı bildirib ki, uşaq sayını sırf iqtisadi vəziyyətlə əlaqələndirmək düzgün deyil:

“Həmçinin bu məsələnin uşaqpulu ilə birbaşa əlaqəsi olduğunu demək doğru olmaz. Hazırda çoxuşaqlı ailələrə dövlət sosial yardım göstərir. Az uşaqlı ailələr üçün isə daha səmərəli addım kimi gəlir vergisindən azadolma və icbari sığorta haqlarının qarşılanması kimi mexanizmlərin tətbiqi məqsədəuyğun olardı”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi