kanal1

Vacib Ramazan tövsiyələri: Bu qida və fəaliyyətlərdən uzaq durun

Tarix:6-04-2022, 15:00
Baxış Sayı:128 482

Vacib Ramazan tövsiyələri: Bu qida və fəaliyyətlərdən uzaq durun


"Digər aylarda olduğu kimi Ramazan ayında da nizamlı qidalanmaq olduqca vacibdir. Belə ki, Ramazanda orqanizmimiz 16-18 saat aclıq müddəti yaşayır və bir çox insanlarda fiziki aktivlik azalmış olur. Ona görə də imsak və iftarda istifadə olunan qidalar və içkilər orqanizmin günlük enerji ehtiyacını qarşılamalıdır".

Bu sözləri Ölkə.Az-a açıqlamasında diyetoloq Vüsalə Tağıyeva deyib. O bildirib ki, uzun müddət aclıq zamanı qan şəkərində enmə, halsızlıq, baş ağrısı kimi əlamətlər ola bilir:

Susuzluq yaratmayacaq qidalar qəbul edin

"Belə ki, imsakda həcmi kiçik olan və iftara qədər tox saxlayan çox susuzluq hiss etdirməyəcək qidalar seçilməlidir. Məsələn, yumurta, süd və ya az duzlu pendirlər, yulaf, tam buğdadan hazırlanmış çörəklər, tərkibində proteini yüksək olan qidalar seçilməlidir.

Çünki onlar orqanizmi uzun müddət tox saxlayır. Eyni zamanda fındıq, qoz, badam kimi yağlı toxumlar da çiy halda istifadə oluna bilər. Bu qidalar həm proteinlə, həm də yağla zəngindir və uzun müddət də tox saxlama qabiliyyəti var. Eyni zamanda mədədə kiçik bir hissəni tutduğu üçün həzmi də daha rahat olur. Ümumiyyətlə, imsak zamanı çalışmaq lazımdır ki, həddən artıq yemək yeyilməsin. İnsanlar 16-18 saat ac qalacaqları üçün səhvən düşünürlər ki, imsakda çox yemək yemək lazımdır".



Mədə-bağırsaq problemlərindən qorunmağın yolu

Diyetoloqun sözlərinə görə, orqanizmdə yaranacaq problemlərin qarşısını almaq üçün bəzi məsələlərə diqqət yetirmək lazımdır:

"İftarda da həddən artıq qida qəbul etdikdə bu, həzmsizlik, mədədə yanma, turuşuluq kimi problemlərlə nəticələnir. İftarda birdən-birə yeməyə başlamamaq lazımdır. Qidaları çoxlu çeynəmək çox vacibdir. Çünki birdən birə çoxlu qida çeynənilmədən mədə bağırsaq sisteminə düşdükdə bu, qan şəkərinin anidən yüksəlməsinə və həzmsizliyə yol aça bilər". 

Tərlədəcək fiziki aktivlikdən uzaq durun

V.Tağıyevanın Ramazan ayında fiziki aktivliyi davam etdirməyin əhəmiyyətinə də diqqət çəkib:

"Lakin bu, ağır fiziki aktivlik olmamalıdır. Yəni ki, çox suya olan ehtiyacınızı artıracaq, həddən artıq tərlədəcək fiziki aktivlik seçilməməlidir. Metobolizmanı da sürətləndirmək üçün yüngül tempolu yürüyüşlər məsləhətlidir".



Enerjisi yüksək olan və lifli qidalara üstünlük verin

Mütəxəssis iftarda hansı qidalara üstünlük verilməsi ilə bağlıs suallara da aydınlıq gətirib:

"Orucun xurma kimi tərkibində lifi yüksək olan qida və su ilə açılması qan şəkərini nizamlamağa kömək edə bilər. İftar çox duzlu olmyan zeytunla da açıla bilər. Oruc açıldıqdan sonra 15-20 dəqiqə fasilə vermək olar. Şorbalarla iftara başlamaq daha məsləhətlidir. Çalışmaq lazımdır ki, iftarda salat, qatıq və ya ayran mütləq şəkildə masada olsun. Qəbizlik riskini azaltmaq, eyni zamanda qan şəkərinin anidən yüksəlməsinin qarşısını almaq üçün tam taxıllı çörəklər, bulqur, qarabaşaq kimi tərkibində lifi yüksək olan qidalar da süfrədə yer almalıdır. Qızartamalara və un məmulatlarına,o cümlədən şirniyyatlara daha az yer vermək lazımdır. Onların yerinə südlü şirniyyatlar, meyvə və ya meyvəli şirniyyatlar seçilməlidir". 



Bişirmə texnikası da önəmlidir. 

"Belə ki qızartmalar və ya qovurma yerinə daha çox soyutma, buğlama və ya sobada bişmiş yeməklərlə qidalanmaq daha məqsədəuyğundur", - V.Tağıyeva əlavə edib.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO