kanal1

Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...

Tarix:13-02-2026, 08:28
Baxış Sayı:1 000

Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...


Bu gün Abşeron yarımadasında Dövlət Reyestrinə alınmamış 500 mindən artıq ev var. Halbuki həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki Reyestr Xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və digər məsələri araşdırır. Bu da istər-istəməz uzun zaman alır.


Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda etdiyi dəyişikliklə bu proses bir qədər sadələşdirilib.


Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.


Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.


Bu qərar nəyi dəyişəcək?


Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu ilk baxışdan texniki məsələ kimi görünür:


“Amma vətəndaşların müraciətlərinə baxılması mexanizmi üçün çox vacibdir. Bu vaxtadək Dövlət Reystrinə edilən müraciətlər hüquq müəyyənedici sənədlərin yetərli olmaması səbəbindən araşdırmalar uzun çəkirdi. Nəticədə, vətəndaşın müraciətinə veriləcək cavablar aylarla uzanırdı. Buna görə də Dövlət Reyestr Xidməti heç bir məsuliyyət daşımırdı.


Artıq müraciətlərin araşdırılması üçün konkret vaxt müəyyən edilib. Bu da müsbət hadisədir. Vətəndaşlar müraciətin cavabı üçün artıq aylarla gözləməyəcək. Bundan sonra edilən müraciətlərə 15 iş günündə baxılacaq. Bütün sənədlər yetərlidirsi, o zaman sənəd dövlət reyestrinə alınacaq. Yaxud çatışmayan sənədlər barədə vətəndaşa bildiriş göndəriləcək”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi