kanal1

Aztəminatlı ailələrə şad xəbər

Tarix:9-06-2026, 13:10
Baxış Sayı:52

Aztəminatlı ailələrə şad xəbər


Sosialyönümlü xərclər artıb. 2025-ci ildə Azərbaycanda sosialyönümlü xərclər 15.3 milyard manatı ötüb.


Bu, “Azərbaycanın 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.


Bildirlib ki, 2025-ci il ərzində məcmu olaraq sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövial proqramları və tədbirlərinin icrası, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (201 və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsi ilə bağlı xərclər) dövlət büdcəsi xərclərinin 39,5 fa həcmində və ya 15254,2 milyon manat məbləğində icra olunmuşdur ki, bu da 2024-cu müqayisədə 601,5 milyon manat və ya 4,1 faiz çoxdur.


2021-ci illə müqayisədə 2025-ci ildə sosialyönlü xərclər 3877,8 milyon manat və ya 34,1 faiz artıb.


Sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 9090,0 milyon manat (2024-cü illə müqayisədə 683,5 milyon manat və ya 8,1 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4746,3 milyon manat (2024-cü illə müqayisədə 493,3 milyon manat və ya 11,6 faiz çox), qida məhsullarının alınması və təminatı üzrə xərclərə 414,7 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 141,0 milyon manat (2024-cü illə müqayisədə 14,2 milyon manat və ya 11,2 faiz çox), əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramları və tədbirlərinin icrası ilə bağlı xərclərə 775,9 milyon manat, digər sosial tədbirlər üzrə xərclərə 86,3 milyon manat vəsait yönəldilib./yenisabah

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi