kanal1

Birinci Qarabağ müharibəsi əlillərinə ŞAD XƏBƏR

Tarix:2-08-2022, 12:07
Baxış Sayı:183 904

Birinci Qarabağ müharibəsi əlillərinə ŞAD XƏBƏR


1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb.

Qərarla təsdiq olunmuş “Qayda” Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçularına və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsini tənzimləyir.

Birdəfəlik ödəmənin məbləği Azərbaycan Respublikası Prezidentinin 23.12.2021-ci il tarixli 1513 nömrəli Fərmanı ilə aşağıdakı kimi müəyyən olunub:

I dərəcə əlilliyə görə – 8 800 manat;

II dərəcə əlilliyə görə – 6 600 manat;

III dərəcə əlilliyə görə – 4 400 manat.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Birdəfəlik ödəmə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi