kanal1

Əvəz Qocayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Tarix:18-01-2022, 11:32
Baxış Sayı:155 722



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlkin Hümbətov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əvəz Qocayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əvəz Qocayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əvəz Qocayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


2021-ci ilin dekabr ayı ərzində Bakı şəhərində yerinə yetirilmiş işlər



- Əsaslı təmir edilib – 21 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 14 003 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 111 200 kv.metr

- Əsaslı təmir zamanı küçə və yollara düzülmüş səki daşları - 8902 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 199 ədəd
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 17 824 p/metr

- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 4 005 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 26 161 kv.metr


YOLUNUZ AÇIQ OLSUN...


Nərimanov rayonu, Qarabağ küçəsi əsaslı şəkildə təmir olunub



Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Qarabağ küçəsindən gedir.

Qarabağ küçəsinin əsaslı şəkildə təmir olunmuş Gülarə Qədirbəyova və Əliağa Vahid küçələri arasında yerləşən hissəsinin uzunluğu 900 metr təşkil edir.

Genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 3650 kv.m sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə və yol ayrıcına 4 min p/m-dən artıq yeni səki daşı düzülüb.

Küçə boyu 12 min kv.m sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 40 p/metr boru, 18 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 42 baxış qapağı yenisi ilə əvəz olunub.

Bundan başqa küçə boyu yol ayrıcında yerləşən yaşıllıq ərazi abadlaşdırılıb, vətəndaşların yaşıllıq ərazi ilə rahat və təhlükəsiz hərəkəti üçün 900 metr uzunluğunda xüsusi piyada zolağı salınıb.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb.

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO