kanal1

Məktəblərdə qızılca ilə bağlı son vəziyyət açıqlanıb

Tarix:27-11-2023, 13:06
Baxış Sayı:147 742

Məktəblərdə qızılca ilə bağlı son vəziyyət açıqlanıb


"Son günlər uşaqlar arasında qızılcaya yoluxma halları ilə bağlı məsələ bizim də nəzarətimizdədir. Məktəblərdən bizə daxil olan məlumatlardan aydın olur ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir: "Qızılca ilə bağlı agentliyin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir".

Agentlikdən bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib: "Ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir".

"Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - Dövlət Agentliyindən qeyd olunub.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi