kanal1

“O bağçada uşaqlara yeməyi işçilərin anaları bişirir”

Tarix:13-01-2026, 11:48
Baxış Sayı:18 762

“O bağçada uşaqlara yeməyi işçilərin anaları bişirir”


“Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçasının aşpazları qanunsuz olaraq işdən çıxarılıb. Hazırda onların əvəzinə uşaqlara yeməyi bağçada çalışan iki əməkdaşın valideynləri bişirir. Amma həmin şəxslərin nə əmrləri verilib, nə də bu işə uyğun olub-olmamaları ilə bağlı sağlamlıq arayışları var”.


Bu barədə “Qafqazinfo”ya şikayət daxil olub. 


İddia olunur ki, bağça rəhbərliyi aşpazları qeyri-qanuni olaraq işlərinə bərpa etmir: “İki il əvvəl bağçada işləyən aşpazlar Təhsil İdarəsinin balansından çıxarılaraq “Depot” MMC-yə işə götürüldülər. Lakin ötən il dekabrın 30-dan həmin şirkət ləğv olunub və aşpazlar yenidən bağçaya qaytarılıb. Bu halda rəhbərlik işçiləri işlə təmin etməli idi. Lakin 32 saylı bağçanın müdiri Nuranə Rzayeva nə onları işlərinə bərpa edir, nə də başqa işlə təmin edir. Əməkdaşlar işdən çıxarılanda 3 ay müddətinə üçqat kompensasiyanı verməmək üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2A bəndi ilə kütləvi ərizə yazdırıblar.


Aşpazlar yanvarın 5 və 6-sı əmr olmadan işləyiblər. Ondan sonrakı gün dayələr uşaqlara yemək bişirib, hazırda isə əmək müqaviləsi olmadan iki işçinin anası orada qeyri-qanuni aşpazlıq edir. İşdən çıxarılan aşpazlardan biri Vətən müharibəsi veteranının anasıdır”.


Şikayətdə qeyd olunub ki, aidiyyəti qurumlara müraciət olunsa da, məsələyə laqeyd yanaşılıb, problem həllini tapmayıb.



Məsələ ilə bağlı 32 saylı uşaq bağçasına ünvanladığımız sorğuya belə cavab aldıq: “32 nömrəli körpələr evi-uşaq bağçasında kənar şəxlər tərəfindən yemək bişirilməsi iddiası əsassızdır. Əsas məqsəd uşaqların sağlamlığı, təhlükəsizliyi və keyfiyyətli qidalanmasının təmin edilməsindən ibarətdir.


Bağçanın sabiq aşpazları ilə yenidən əmək müqaviləsinin bağlanmaması onların işlədikləri müddət ərzində davamlı olaraq nizam-intizam qaydalarını və bağçanın normal iş rejimini pozmaları ilə əlaqədardır”.


Dövlət Məşğulluq Agentliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi əmək qanunvericiliyinin pozulması halı hesab olunur və qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur: “Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi həm işçilərin hüquqlarının təminatı, həm də işəgötürənlərin hüquqi risklərinin azaldılması baxımından vacibdir.


Müraciətlər araşdırılarkən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilirsə və nəticədə işəgötürən şifahi formada razılaşdırılmış əməkhaqqının ödənilməsindən yayınması halı aşkar edilirsə, işəgötürənlər barəsində AR İXM-in 192.1 maddəsinə əsasən inzibati cərimə tətbiq edilir. Bundan sonra vətəndaş qeyd olunan məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edib hüquqlarının bərpası ilə əlaqədar iddia qaldıra bilər”.


Xatırladaq ki, sözügedən uşaq bağçası ötən ay keyfiyyətsiz ət məhsullarından istifadə iddiaları ilə bağlı gündəmə gəlmişdi. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bağçada yoxlama aparılsa da, hər hansı uyğunsuzluq aşkarlanmamışdı.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı