kanal1

Əməkdaşlıq genişlənir

Tarix:28-11-2023, 10:03
Baxış Sayı:5 902

Əməkdaşlıq genişlənir


Ölkəmiz tarixən etnik, dini və mədəni tellərlə bağlı olduğu İraq Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan-İraq münasibətlərində artan dinamizm, bu xüsusda 20 noyabr tarixində İraq Prezidenti Əbdüllətif Cəmal Rəşidin Azərbaycana ilk rəsmi səfərinin və səfər zamanı aparılmış danışıqların və imzalanmış sənədlərin bunun bariz nümunəsi
Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə irəli aparılması, eləcə də qarşılıqlı səfər mübadilələri vacib əhəmiyyət kəsb edir.
Qeyd edək ki, İraq bütün beynəlxalq təşkilatlarda ölkəmizin ərazi bütövlüyünə hər zaman dəstək verib.
Noyabrın 19-da İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri də qarşılıqlı münasibətlərin inkişafı baxımından yüksək qiymətləndirilməlidir.
Ali qonaqla görüşlərdən sonra noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatla çıxış ediblər.
Ölkəmizin başçısı Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatından sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq prezidentinin diqqətinə çatdırılıb. ATƏT-in Minsk qrupunun mövcud olduğu 28 il ərzində münaqişənin həllində maraqlı olmadığı və nəhayət, işğala Azərbaycan ordusunun son qoyması və BMT qərarlarının özümüz tərəfindən icra edildiyi xüsusi vurğulanıb.
Ölkəmizin başçısı demişdir: “Beləliklə, bu, vəziyyətin tarixçəsidir. İndi isə biz növbəti mərhələyə gəlirik. Növbəti mərhələdə isə biz - mən bunu cənab Prezidentə bildirdim, - Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.
Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.
Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.
Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun.”
Azərbaycan-İraq əlaqələrinin inkişaf etdirilməsi mövzusuna toxunan cənab İlham Əliyev bu sahədə perspektivlərin olduğunu qeyd etmiş və demişdir: “Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək. “

Rüstəm Nağıyev ,
YAP Gədəbəy rayon təşkilatının sədri

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO