kanal1

Azərbaycanın da təmsil olunduğu Qadın hüquqları və Gender bərabərliyi müdafiəsi ilə bağlı beynəlxalq tədbirdə Roma bəyannaməsi təsdiq edildi -Fotolar

Tarix:29-11-2023, 09:32
Baxış Sayı:6 810

Azərbaycanın da təmsil olunduğu Qadın hüquqları və Gender bərabərliyi müdafiəsi ilə bağlı beynəlxalq tədbirdə Roma bəyannaməsi təsdiq edildi -Fotolar


aia.az xəbər verir ki, 24 Noyabr 2023-cü ildə , Italiyanın Roma şəhərində Friedrich-Ebert-Stiftung və EPSU ( Avropa İctimai Xidmətlər Birliyi) təşkilatının birgə əməkdaşlığı ilə təşkil edilən “ Beynəlxalq Qadın Konfransı-2023” adlı tədbirdə Azərbaycan da təmsil olunmuşdur.
Konfransda təşkil edilən məruzələrdə əsas məqsədi hər zaman qadın hüquqlarını inkişaf etdirmək üçün mübarizənin aparılmasını dəstəkləmək, qadınların cinsi və reproduktiv hüquqlarına , tam gender bərabərliyi məqsədinə qarşı atılan yanlış addımların pislənilməsini vurğulamaq idi. Qadının təbii-fizioloji xüsusiyyətləri, cəmiyyətdəki sosial rolu və xüsusi müdafiəyə ehtiyacı olması bir-birini tamamladıqca, onların hüquqları tanınmamış, qadınlar müxtəlif sıxıntı, təzyiq və təqiblərə məruz qalmışlar. Bu da öz növbəsində qadınları öz hüquqları uğrunda mübarizə aparmağa məcbur etmiş, sufrajizm, feminizm, gender siyasəti kimi cərəyanların formalaşmasına gətirib çıxarmışdır. Qadınlara qarşı yönəlmiş kiber, rəqəmsal və onlayn zorakılığın artması qadınların bərabərliyinə və fundamental hüquqlarına təhlükədir. Qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq önəmli məsələdir.Avropa hökumətlərinin İstanbul Konvensiyası, Beynəlxalq Əmək Təşkilatının 190 saylı Konvensiyası və onu müşayiət edən 206 saylı Tövsiyənin ratifikasiya edilməsi və tam yerinə yetirilməsini təmin etmək üçün gərəkən bütün işin davam etdiriləcəyi xüsusi qeyd olundu. Məişət zorakılığı da daxil olmaqla, ictimai xidmət işçilərinə qarşı işdə üçüncü tərəf zorakılığı və təqiblərinin qarşısının alınmasında sektoral sosial dialoqun rolu haqqında 2022-ci ildə qəbul edilmiş, Madrid Bəyannaməsini həyata keçirmək öhdəliyi bəyan edildi.
Azərbaycan təmsilçisi ,“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi “ İctimai Birliyinin sədri,həmkarlar ittifaqı nümayəndəsi, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova da məruzə və görüşlərində qeyd etdi ki, bu gün qadın siyasəti - dövlət siyasətinin tərkib hissəsi kimi ölkəmizdə yüksək səviyyədə həyata keçirilməsi, qadın hüquqlarının müdafiəsi üçün bir çox qanunlar qəbul olunması, dövlət layihələrinin həyata keçirilməsi , qadınının formalaşmasında davam edən potensialının artmasının təmin olunması , qadınların məşğulluğunun artırılması və bir çox təşkilatlarda təmsil olunması istiqamətində davamlı müvafiq uğurlu tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Xəyalə Məmmədova konfransda Friedrich-Ebert-Stiftung qurumunun rəsmi nümayəndəsi və elmi-tədqiqatçıları, Avropa Parlamentinin Qadın hüquqları və Gender Bərabərliyi Komitəsinin rəsmisi, EPSU təşkilatının 15-dən çox fərqli ölkələr üzrə Qadın və Gender Bərabərliyi Komitəsinin sədrləri və digər təşkilat nümayəndələri ilə məhsuldar görüşlər keçirdərək, gələcək əməkdaşlıq məsələlərini də müzakirə etdi.

Tədbir sonunda qeyd edilən istiqamətlər üzrə qəbul edilən Roma deklarasiyasına uyğun olaraq, qadın hüquqlarının müdafiəsi, azadlığı uğrunda mübarizə aparanlarla hər zaman həmrəy olacaqları, onların mübarizəsinin heç vaxt boşa çıxmaması və tək olmadıqlarına əmin olmaq üçün səslərini ucaldacaqları vurğulandı. Növbəti il üçün beynəlxalq qadın konfransının Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcəyi də elan edildi.


Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA