kanal1

Nizami Novruzov: Dilimiz milli sərvətimizdir

Tarix:1-08-2022, 12:04
Baxış Sayı:26 332



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 284 №-li tam orta məktəbinin direktoru Nizami Novruzovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 284 №-li tam orta məktəbinin direktoru Nizami Novruzovdur.

284 №-li tam orta məktəbinin direktoru Nizami Novruzov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nizami Novruzov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 284 №-li tam orta məktəbinin direktoru Nizami Novruzova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

 Baki şəhəri Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəb 1991-ci ildə tikilərək istifadəyə verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2021-2022-ci tədris ilində məktəbdə çalışan müəllimlərin sayı 159 nəfər (bunlardan 1 nəfər elmlər namizədi ), təhsil alan şagirdlərin sayı isə 3365 nəfər təşkil edir. Məktəbimizdə GÇH kabineti, kimya, fizika, biologiya laboratoriyaları, 2 böyük idman zalı şagirdlərin ixtiyarına verilmişdir. Məktəbin fərdi qazanxanası mövcuddur. Həmçinin bir bufet, həkim otağı, 100 nəfərlik müasir akt zalı, tədris emalatxanaları, kitabxanası vardır. Məktəbimizdə bir günüuzaldılmış qrup,"Gənc riyaziyyatçılar", və  Bədii özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Məktəb 2 növbəlidir. Məktəbimiz rus dilinin intensiv tədrisi layihəsi tətbiq olunan tədris ocaqlarından biridir. Məktəbimiz hal-hazırda "Gələcəyini Qur","Məktəblinin Dostu" layihələrinin iştirakçısıdir.

Qarabağ uğrunda gedən Vətən müharibəsidə məzunlarımız mərdliklə döyüşmüş, Hüseynov Ramin Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Məktəbin nümunəvi  sinifləri  Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanlarının adını daşıyırlar. Məktəbimizin məzunu Ramin Hüseynov II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur.

284 №-li tam orta məktəbinin direktoru Nizami Novruzov - Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.  Azərbaycan  xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı. Ulu öndər Heydər Əliyev  dövlət dilinin  yeni inkişaf dönəmində  yaranmış vəziyyəti nəzərə alaraq  2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. İlk növbədə  müstəqil Azərbaycan dövlətinin  dil siyasətinin  müəyyənləşdirliməsi, formalaşması və möhkəmləndirilməsi  baxımından  müstəsna əhəmiyyət  daşıyan bu tarixi Fərman  dövlət dili  il bağlı  hərtərəfli və geniş  məlumatları özündə ehtiva edir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın imzalanması isə dilimizin inkişafı və təqdimatı üçün daha geniş imkanlar yaratdı. Belə ki,  hər il 1 avqust tarixi ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. 2001-ci ildən  başlayaraq hər il  bu tarixi günün qeyd olunması Azərbaycan dilinin qorunması istiqamətində atılan addımların heabatının təqdimatında mühüm rol oynayır. Eyni zamanda, bu bayram günündə ötən dövrün nəticələri əsasında qarşıda illərin prioritetləri müyyənləşdirilir,  görüləcək işlərin anonsu verilir. Dilimiz milli sərvətimizdir. Onun yad təsirlərdən qorunması və inkişaf etdirilməsi, tətbiqi sahəsinin genişləndirilməsi daim qarşıda dayanan vəzifələr sırasındadır. Dil ünsüyyət vasitəsi olaraq dövlətləri, xalqları biri-birinə yaxınlaşdırır.    

Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımlara  diqqət yetirdikdə bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan dilinin saflığının qorunması, dilimizin dünya dil qrupları arasında mövqeyinin möhkəmləndirilməsi daim əsas məsələ kimi öndə olub və bu istiqamətdə görülən işlər davamlılığı ilə diqqət çəkir.

Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq gənclərlə görüşlərində milli ruhda, vətənpərvərlik ruhunda  tərbiyə olunmalarını, dövlət maraqlarını hər şeydən üstün tutmalaını qarşıya mühüm vəzifə kimi qoyur. Bildirir ki, gənclərimiz tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi yaxşı öyrənməli, təbliğatına öz töhfələrini verməlidirlər. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət proqramında da əsas məqsədlərdən biri  milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin təbliğinə gənclərimizin töhfələrini artırmaqdır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, Azərbaycan reallıqlarının təbliğatçıları kimi çıxış edirlər.

Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının  qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı  tədbirlər haqqında” Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası dilimizin saflığının qorunmasına  böyük töhfələr verir. Təbii ki, hər bir sənədin uğurlu icrası  zamanın tələbinə uyğun olaraq yeni təkmilləşmənin həyata keçirlməsi üçün növbəti Fərman və Sərəncamın imzalanmasını zərurətə çevirir. Artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu Qələbəmiz bütün sahələrdə təkmilləşmələrə, yeni sənədlərin imzalanmasına yol açır.

Qısa təhlil əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağıran ulu öndər Heydər Əliyevin düşünülmüş  siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi özünü tarixi Zəfərimizdə  nümayiş etdirdi.  Qələbimizi şərtləndirən amillər sırasında birliyimiz, həmrəylimiz əsas yer tutdu. Bütün dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan  milli sərvətimizi - dilmizi qoruyaq, inkişafına  davamlı töhfələr  verək.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı