kanal1

Binəqədidəki 297 saylı orta məktəbində kecirilən Zəfər Günündən maraqlı VİDEO-SÜJET

Tarix:9-11-2022, 18:59
Baxış Sayı:124 850

Binəqədidəki 297 saylı orta məktəbində kecirilən Zəfər Günündən maraqlı VİDEO-SÜJET


Bu il 104-cü ildönümünü qeyd edən rəşadətli Azərbaycan Ordusu gündən-günə inkişaf edir, qüdrətlənir, mükəmməlləşir. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra Ali Baş Komandan İlham Əliyevin uzun illər apardıqları məqsədyönlü siyasətin və uğurlu ordu quruculuğu prosesinin nəticəsidir ki, bu gün ordumuz dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutub.

İki il əvvəl sentyabrın 27-si Ermənistan silahlı birləşmələrinin növbəti təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatı nəticəsində qazanılan Zəfər bunun əyani sübutudur. 44 gün davam edən Vətən müharibəsi zamanı əzəli torpaqlarımız, nəhayət ki, mənfur düşmən işğalından azad edildi. Haqq savaşımızda Qələbə qazanan igid döyüşçülərimiz dövlətçilik tariximizin yeni Zəfər dolu şanlı səhifəsini yazdılar.

Həmişə olduğu kimi, bu gün də ordumuz xalqımızın qürur mənbəyidir. Uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir. Bu sevinc dolu gün ilə əlaqədar ölkəmizdə bir sıra silsilə tədbirlər keçirilir.

BİA.az xəbər verir ki, belə tədbirlərdən biri də Bakı şəhəri, Binəqədi rayonunda yerləşən E.Əliyev adına 297 saylı məktəbində keçirilib. Məktəbin 4a sinif şakirdlərinin hazırladıqları 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfərə gedən yol" adlı kompazisiya  ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu tədbirin hazırlanmasında bilavasitə 4 a sinifinin sinif rəhbəri Aynurə xanım Manafovanın əməyi böyükdür.

Həmin video-süjeti təqdim edirik.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı