kanal1

Vasif İmanov: Zəfər zirvəsinə yüksələn Lider

Tarix:21-12-2023, 16:10
Baxış Sayı:29 056

Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
20 dekabr 2023-cü il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
   V.İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
      Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, gələn il ölkəmiz böyük bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Bu tədbir ölkəmizin müstəqilliyi dövründə ev sahibliyi etdiyi ən böyük tədbirdir və indiyə qədər keçirilmiş heç bir tədbirlə müqayisə olunmayacaq qədər böyük həcmlidir. Sözügedən tədbir çərçivəsində ölkəmizə 80 minə yaxın xarici qonağın təşrif etməsi gözlənilir. Belə bir nəhəng tədbirin tərəfimizdən keçirilməsi xarici siyasətimizin və
şəxsən Prezident İlham Əliyevin böyük uğurudur.
        Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Pirallahı qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması işləri həyata keçirilir. 
       Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən məişət tullantı konteynerlərinin yerləşdirilməsi, məhəllədaxili yolların asfaltlanması  və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.






















Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov - 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində  xalq səsini Ulu Öndər Heydər Əliyevin  siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Son 20 ilin təhlili fonunda  bu mühüm məqam xüsusi qeyd edilir ki, Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.
Vasif İmanov: Zəfər zirvəsinə yüksələn Lider

Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son 20 il Prezident İlham Əliyevin dövrün, zamanın tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlarla zəngindir. Dövlətimizin başçısı  islahatlar prosesinin qaçılmaz olduğunu atdığı addımları ilə təsdiqləyir. Ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ən islahatçı ölkə kimi qərarlaşması atılan uğurlu addımların nəticəsidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident İlham Əliyev  xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarıdır. Beynəlxalq münasibətlər sistemində ölkənin nüfuz və statusunu artıran Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri ölkə və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə  artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir. Azərbaycanın təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının artan beynəlxalq nüfuzu da göz önündədir. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Ölkəmizin quruma sədrliyi dövründə ədalətə və beynəlxalq hüquqa söykənən addımları üzv dövlətlər tərəfindən yüksək dəyərləndirildi və yekdil qərar əsasında Azərbaycanın sədrliyi dövrü bir il uzadıldı. 
BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Azərbaycan tolerant ölkə, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi də bunun bariz nümunəsidir.
Artıq üç ildir dünyaya səs salan və yaratdığı reallıqlar əsasında regionda, dünyada yeniliklərə yol açan 44 günlük İkinci Qarabağ müharibəsi birliyimizi, həmrəyliyimizi bir daha dünyaya nümayiş etdirdi. Ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələrinin Vətən müharibəsində göstərdiyi birlik, Zəfərə imza atmağımızda səyləri dövlətimiz tərəfindən yüksək dəyərləndirildi. Xatırlasaq, 2021-ci ildə keçirilən və ənənəsi bərpa olunan  “Xarıbülbül” musiqi festivalının ilk günü müxtəlif millətlərin musiqi yaradıcılığının təqdimatı oldu. Cənab İlham Əliyev musiqi festivalının açılışındakı çıxışında  bu mühüm addımı belə əsaslandırdı:  “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk.”




Tarixi Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanı möhtəşəm uğurlara aparır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyevin  2021-ci ildə   doğum günündə Şuşanın məşhur Cıdır düzündən səsləndirdiyi bu çağırışı bir daha xatırlatmaq istərdik: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.”
Ötən il cənab İlham Əliyev doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, Qərbi Azərbaycana qayıdacağıq. Proqram xarakterli çıxışında qarşıda dayanan vəzifələri açıqladı. Tarixi həqiqətlərimizin təbliği əsas hədəflərdəndir. İnformasiya cəbhəsində üstünlüyümüzü qorumaq üçün zəruri addımların atılmasının vacibliyi bildirildi. Həmin görüşdən ötən bir ildə görülən işlərin xronologiyası bu hədəfə də tezliklə nail olacağımıza əsas verir. Tarixi ədalətə söykənən siyasətimiz davamlı uğurlara yol açır.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO