kanal1

Qara Abdullayev: Güclü liderlərin meydana çıxması üçün elə güclü xalq olmalıdır

Tarix:13-12-2021, 15:35
Baxış Sayı:178 949


Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik və möhtəşəm Qələbə qazandıq.

“Bu gün hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.

Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşərək Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. Bəli, İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.

Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur cənab Ali Baş Komandan! Azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. İndi azad olunmuş torpaqlarda üçrəngli zəfər bayragımız dalgalanır. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalın olsun!“



Sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur - Spiker
Sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur - Spiker
Generallar gizli sülh danışıqları aparır - Sensasion detallar
Generallar gizli sülh danışıqları aparır - Sensasion detallar
Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi
Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi
“Qızılca ilə bağlı durum epidemiyanın başlanğıcı hesab edilə bilər” - Pediatrlardan peyvənd ÇAĞIRIŞI
“Qızılca ilə bağlı durum epidemiyanın başlanğıcı hesab edilə bilər” - Pediatrlardan peyvənd ÇAĞIRIŞI
Türkiyə bu hədəfini iki dəfə artırıb - Ərdoğan
Türkiyə bu hədəfini iki dəfə artırıb - Ərdoğan
Rusiya sülhməramlıları bu saat Qarabağda heç kimi qorumur... - FAKT BUDUR!
Rusiya sülhməramlıları bu saat Qarabağda heç kimi qorumur... - FAKT BUDUR!
"Zəngəzur oyununun bədəli ağır olacaq" - Ermənistan anlaşmanı pozdu
"Zəngəzur oyununun bədəli ağır olacaq" - Ermənistan anlaşmanı pozdu
NƏ BAŞ VERİR: Bir “şillə” Paşinyanı silkələdi? - Minskə “yox”, Peterburqa “hə”
NƏ BAŞ VERİR: Bir “şillə” Paşinyanı silkələdi? - Minskə “yox”, Peterburqa “hə”