kanal1

DYP-dən “tələsirdim” deyərək məsuliyyətdən yayınmağa çalışan sürücülərə XƏBƏRDARLIQ

Tarix:20-12-2021, 10:28
Baxış Sayı:172 983

DYP-dən “tələsirdim” deyərək məsuliyyətdən yayınmağa çalışan sürücülərə XƏBƏRDARLIQ


Paytaxt ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri təəssüf doğurur. Daha əvvəl də bu istiqamətdə bir çox materiallar hazırlamışıq. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəblər arasında piyada məsuliyyətsizliyi ilə yanaşı, sürücü diqqətsizliyi də (yuxulu və sərxoş halda sükan arxasına keçmə halları, nasaz avtomobil və s.) var.

Cəmiyyəti, eləcə də yol polisini narahat edən əsas məsələlərdən biri isə inzibati xəta və yol qəzaları zamanı sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının hadisəni izah edərkən “tələsirdim”, “görmədim” kimi ifadələr işlətməsidir. Təəssüf ki, bir nəfərin “tələsməsi” özü də daxil olmaqla bir və ya bir neçə hərəkət iştirakçısının həyatına son qoya bilər. 

Sonrakı peşmançılığın fayda vermədiyi kimi, məsuliyyətsizliyin qurbanı olan hərəkət iştirakçıları da geri qayıtmır. Bununla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici videoçarxlar hazırlanır, məlumatlar paylaşılır.

Görəsən bu kimi hallara yol verən sürücüləri hansı məsuliyyət gözləyir? “Tələsirəm” demək sürücüləri məsuliyyətdən azad edirmi?

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, baş vermiş qəzalar təhlil edilən zaman bir çox səbəblər ortaya çıxır:

“Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələri araşdırılır. Aparılan araşdırmalar və statistikalar isə qəzaların əsasən sürücülərin diqqətsizliyi və piyadaların səhlənkarlığı ucbatından baş verdiyi məlum olur. Cəmiyyəti eləcə də bizi narahat edən əsas məsələlərdən biri isə qəzanın baş verməsinə səbəb kimi hər kəsin “tələsirdik” deməsidir. Bu ifadə çox böyük təəssüf hissi doğurur. Sürücülər və digər hərəkət iştirakçılarının qəza zamanı “tələsirdik” deyərək vəziyyəti izah etmək cəhdləri isə “qanunvericiliyi bilmirdim” ifadəsi kimi qəbuledilməzdir.

Çünki “tələsirdik” və ya “bilmirdim” ifadəsini işlətmək çox rahat ola bilər, lakin qəza zamanı kiminsə həyatını itirdiyini düşünün. “Tələsirdim” deyib sürət həddini aşan sürücülər bədbəxt hadisə zamanı bunu kiminsə ailəsinə deyə bilərmi? Ya da həmin “tələsmək” ona öz canı bahasına başa gəlsə, necə? Odur ki, bu, hamımızı ciddi şəkildə narahat edir. Sürücülər, piyadalar, eləcə də digər hərəkət iştirakçıları unutmamalıdırlar ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara ciddi riayət olunmalıdır ki, ölümlə və xəsarətlə nəticələnən qəzalar baş verməsin.

Bu cür məsələlərdən yeganə çıxış yolu isə məsuliyyət hissinin artırılmasıdır. Xüsusilə sərnişindaşıma fəaliyyət göstərən sürücülərdən, mopedlərlə kuryer fəaliyyəti göstərənlərdən xahiş edirik ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünsünlər. Çox ağır olsa da, son 11 ayın statistikasına görə, paytaxt ərazində baş verən 458 hadisədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb. Ümumi hadisələrin 268-i isə piyada vurma olub ki, nəticədə onlardan da 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb. Bu insanların içərisində yəqin ki “tələsənlər” və “bilməyənlər” az olmayıb!”.

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA