kanal1

Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir

Tarix:6-06-2022, 10:54
Baxış Sayı:116 224


 


 

Son dövrlərdə dövlətimizin xarici  şirkətlərlə  imzaladığı   müqavilələr, həyata keçirdiyi   layihələr  xalqımızın rifahının yüksəldilməsində, ölkə  iqtisadiyyatının gücləndirilməsində  mühüm  əhəmiyyət  kəsb   edir. Azərbaycan  bir çox    enerji şirkətləri ilə   uğurlu layihələrə  imza  atır.

Dünyanın aparıcı şirkətləri sırasında olan “ACWA Power” və “Masdar” şirkətləri ilə müqavilələrin imzalanması ilə bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlayırıq. Azərbaycanda bərpaolunan enerji sahəsində  xarici tərəfdaşlarımız olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığımız  təmiz enerji ilə bağlı hədəflərimizə çatmağımıza qarşılıqlı zəmin yaradacaq.

          Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

  Dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti, 200 meqavatlıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaş olmaqdan məmnunluğunu, Azərbaycan hökumətinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdən qürur duyduğunu  bildirib.  

 Prezident cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir ki, ölkəmizdə enerji təhlükəsizliyi tam təmin edilir.  Biz əminik ki, bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə  verəcək.        

 

Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına   155 nömrəli tam orta  məktəbin   ibtidai  sinif müəllimi  Nəsirova   Natəvan

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO