kanal1

Novruzəli Aslanov: “Şuşanın işğaldan azad olunmasından sonra biz iki ildir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma gününü məhz mayın 8-də qeyd edirik” - FOTOLAR

Tarix:12-06-2022, 11:32
Baxış Sayı:153 906

Novruzəli Aslanov: “Şuşanın işğaldan azad olunmasından sonra biz iki ildir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma gününü məhz mayın 8-də qeyd edirik” - FOTOLAR


İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü kimi iclasda iştirak edən millət vəkili Novruzəli Aslanov “facebook” sosial şəbəkədəsinki profili üzərindən paylaşım edib: “Öz çıxışımda torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə həmkarlarım ilə birlikdə ehtiramımı bildirib, qazilərimizə can sağlığı dilədim. Çıxışımda digər millət vəkilləri kimi Şuşanın Azərbaycan tarixindəki, onların hər birinin həyatındakı yeri barədə danışıb, bu gün burada keçirdiyim hisslər və təəssüratları bölüşdüm. Vətən müharibəsində böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan geniş abadlıq-tikinti və quruculuq işlərindən, regionun iqtisadi inkişafından və həyata keçirilən layihələrdən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialından söhbət açaraq bu zəfərin müəllifi olan möhtərəm prtezidentimiz cənab İlham Əliyevin müasir dövrümüzün canlı qəhrəmanı kimi şanlı tariximizə öz adını qızıl hərflərlə yazdığını diqqətə çatdırdım”.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti olan N.Aslanov paylaşımında həmçinin qeyd edib ki, Şuşanın işğaldan azad olunması Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin yaranma gününün də Azərbaycanda nisgilsiz qeyd edilməsinə səbəb verib. Məlum iclasdakı çıxışında millət vəkili bu məsələyə toxunduğunu bildirib: “Bilirsiniz ki, mayın 8-i Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günüdür. Şuşanın işğalı ilə əlaqədar olaraq biz heç vaxt bu günü ayın 8-də qeyd etmirdik. Artıq iki ildir ki, biz bu günü məhz mayın 8-i qeyd edirik. Sonda bir daha cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bizə bu xoşbəxt günü yaşatdıqlarına görə təşəkkürlərimi bildirdim və parlamentin sədri Sahibə xanım Qafarovaya təşəkkür edirəm ki, həmkarlarımızla birgə doğma Şuşa səhərində bu məhsuldar günü keçirməyimizə şərait yaratdı”.


Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO