kanal1

Xəzər dənizinin resurlarından istifadə ədalətli olmalıdır

Tarix:4-07-2022, 17:26
Baxış Sayı:248 344



Son illərdə ölkədə nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasəti, qlobal miqyaslı təşəbbüsləri Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevirməklə yanaşı, həm də dünya birliyinin etibarlı tərəfdaşına çevrilib. 
Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti mühüm əhəmiyyətə malikdir.  2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında sənəd qəbul olunmuşdu. Bu da mübahisəli bir çox məsələlərin həll olunmasına gətirib çıxartdı. Xəzər dənizinin iqtisadi əhəmiyyəti ilə bərabər onun sahilyanı dövlətlər üçün ekoloji əhəmiyyəti də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Xəzərdə mövcud olan bioresursların qorunması, idarə və istifadə edilməsi vacib məqamlardandır ki, bunlarla bağlı da razılaşma təsdiqini tapmış oldu. Xəzər hövzəsində Zəngəzur dəhlizi vasitəsilə əməkdaşlıq imkanları çox genişlənib. Burada qardaş Türkmənistan və qardaş Qazaxıstan da fəal rol oynayırlar. Ona görə də Xəzər hövzəsində bu gün mühüm geosiyasi proseslər gedir.
Azərbaycan Respublikası Prezidentinin iştirak etdiyi Xəzəryanı ölkəlıərin VI Zirvə Görüşü ölkəmizin həm siyasi, həm iqtisadi, həm də milli maraqlarına tam cavab verən, əvvəlcədən nəzərdə tutulmuş maraqlarının təmin olunduğu nəticələrlə yekunlaşdı. Bu hadisə ölkəmizə həm siyasi, həm iqtisadi dividentlər qazandıracaq, Xəzər sahili qonşu dövlətlərlə əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək.
Alidə Aslanova, YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı