kanal1

Azərbaycan mühüm logistika mərkəzinə çevrilməkdədir

Tarix:4-07-2022, 17:33
Baxış Sayı:107 598



Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin zənginliyi, eləcə də coğrafi baxımdan mühüm geosiyasi məkanda yerləşməsi tarixlər boyu dünyanın güc mərkəzlərinin diqqətini cəlb edib. Əsrlər boyu məmləkətimizin yadellilərin istilalarına məruz qalmasının səbəbi də məhz bununla bağlıdır. Eramızdan əvvəl Makedoniyalı İskəndərdən başlamış ən son Çar Rusiyasına qədər güclü imperiyalar qədim türk diyarı olan bu məmləkəti nəzarətləri altında saxlamaq üçün bütün güclərini səfərbər ediblər. İndi dünya düzənində imperialist siyasətin yeni modeli formalaşmaqdadır. Beynəlxalq hüququn prinsipləri ölkələrin ərazi bütövlüyünün toxunulmazlığını özündə ehtiva etdiyindən tarixən mövcud olmuş imperialist-müstəmləkə siyasətini həyata keçirməyin mümkünsüzlüyü, güc mərkəzlərini yeni imperialist forma yaratmağa vadar edir. Bunun da ən səmərəli yolu kimi iqtisadi təsir rıçaqlarından istifadə etməyi məqbul hesab edirlər.
5 Xəzəryanı dövlətin başçısının bir araya gəlməsi artıq Xəzər Sammitinin əhəmiyyətinin göstəricisidir və bu görüşün əhəmiyyətliliyinə heç bir şübhə yeri qoymur. Xəzər dənizi sıradan bir su hövzəsi – göl və ya dəniz deyil. Burada artıq tədqiqatlarla təsdiqini tapmış milyardlarla barel neft və trilyonlarla kubametr karbohidrogen yataqlarına malik mənbələr mövcuddur və dəyəri trilyard dollarlarla ölçülür. Xəzər dənizinin iqtisadi əhəmiyyəti ilə bərabər onun sahilyanı dövlətlər üçün ekoloji əhəmiyyəti də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Xəzərdə mövcud olan bioresursların qorunması, idarə və istifadə edilməsi vacib məqamlardandır. 
Ölkəmizin iqtisadi resusrlarının inkişaf etdirilməsinə yönəlmiş bütün səylər birləşdirilir və Azərbaycan burada regional aktor kimi nüfuzunu bir qədər də artırır. Azərbaycan bütün maraqları çərçivəsində fikirlər irəli sürməklə yanaşı ilk növbədə öz milli maraq və mənafeyinin ön planda tutur. Bu da gözəl nəticələrə gətirib çıxaracaqdır.
Natiq Musayev, Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO