kanal1

Azərbaycanda dilçi alimlərə xüsusi diqqət, qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və dilimizin Azərbaycan dili adlandırılması Ümummilli Liderin dilimizin inkişafiimizin inkişafina verdiyi önəmin bariz nü

Tarix:2-08-2022, 10:21
Baxış Sayı:108 960



Tarix  səhnəsində  bir dövlətin  parçalanması, digər  bir  dövlətin  tərkibinə  daxil  olması, müstəmləkəyə  çevrilməsi  kimi  bir  sıra  faktların  tez-tez  şahidi  oluruq.  Lakin  bir  xalqın  mədəniyyətini,  dilini,  adət-ənənəsini  məhv  etmək,  digər  dillərin  və  mədəniyyətlərin  içində  əridib  yox  etmək  asanlıqla  əmələ  gələn  bir  proses deyil.  Bir  çox  hallarda  bu, mümkün  deyil. Hər  daşından,  torpağından  mədəniyyət,  qədimlik,  ululuq  axan  Azərbaycan  da  belə  dövlətlərdən  biridir ki,  tarixin  sınaqlarından  üzüağ  çıxmış,  mərd  oğulları,  qızları  sayəsində  milli  kimliyini,  varlığını,  dilini  daim  qoruyub  saxlamışdır. 
Azərbaycan  dili  türk  dilləri  ailəsinin  oğuz  dil  qrupuna  daxildir.  Dədəm  Qorqudun  qopuzundan,  sazından-sözündən  yoğrulan,  Nəsiminin,  Füzulinin qəzəllərində  qüvvətlənən,  Xətainin  qılıncından  güc alıb  dövlət  dili  kimi  qüdrətlənən  dilim  əsrlər  boyu  yaşamış,  dövlətin  varlığını  sübut  edən  rəmzlərdən   biri   kimi  formalaşmışdır.     
 XX  əsrin  ortalarından  başlayaraq  dilimizin  qorunması,  hərtərəfli  inkişafı,  dövlət  dili  səviyyəsinə  qalxması, siyasi  müstəvidə  təbliği,   ən  mötəbər   tribunalardan  eşidilməsi  məhz  Ümummilli  Liderimiz  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Milli  dillərin  sıxışdırıldığı,  Sovet  İmperiyası  tərəfindən  irəli  sürülən  “vahid  dil”  ideyasının  tüğyan   etdiyi  bir  dövrdə  belə  bir  missiyanın  icrası  böyük  cəsarət  və  siyasi  iradə  tələb  edirdi. 1978-ci  il  aprelin  2-də   Azərbaycan SSR  Ali Sovetinin  VII  sessiyasında  məruzə ilə  çıxış edən  Ulu  Öndər  Heydər  Əliyev  tərəfindən 73-cü  maddəni  bu  redaksiyada  vermək   təklif  olunmuşdu: “Azərbaycan  Sovet  Sosialist  Respublikasının  dövlət  dili  Azərbaycan dilidir”.  H.Əliyevin  bu  təşəbbüsü  qəbul  olunmuş  və  Azərbaycan  dilinə  dövlət  dili  statusu  verilmişdi.  Eyni  zamanda  hər  bir  vətəndaşa  öz dilində  təhsil  almaq  hüququnun  verilməsi  tələbi  Azərbaycan  dilinin yayılması və inkişafına  yönəlmişdi. 
 Azərbaycanda  dilçi alimlərə  xüsusi  diqqət,  qayğı  göstərilməsi, milli  dildə  nəşr  edilən  kitabların  tirajlarının artırılması  və  dilimizin  Azərbaycan  dili adlandırılması  Ümummilli Liderin  dilimizin  inkişafina  verdiyi  önəmin  bariz  nümunəsi  idi.  1995-ci ildə  qəbul  olunmuş  Azərbaycan  Respublikasının  Konstitusiyasının  21-ci  maddəsində də Azərbaycan  Respublikasının  dövlət  dilinin  Azərbaycan  dili  olması  öz  əksini  tapmışdır. 
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Elə bu fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. 
“Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”, - deyən  Ulu  Öndər  dilimizin  inkişafı yolunda  növbəti  addım  kimi  2001-ci il 9 avqustda  fərman  imzalamışdır. Həmin  fərmana  əsasən isə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd  olunur.
Hazırda  Heydər  Əliyevin  çoxşaxəli  siyasəti  onun  layiqli  davamçısı,  Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilir. 

Sabunçu rayonu, 96 nömrəli  tam  orta  məktəbin  
müəllimi  Vüsalə  Allahverdiyeva


Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA