kanal1

Regionlarda görülən infrastruktur layihələri təqdirəlayiqdir

Tarix:16-08-2022, 18:40
Baxış Sayı:120 310

Regionlarda görülən infrastruktur layihələri təqdirəlayiqdir


Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, firavan həyatın təminatına yönəlib. Dövlət başçısının İsmayıllıya, eləcə də Ağsuya səfəri regionların inkişafına növbəti töhfədir. Bu gün ölkəmizin regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir. Heç bir layihə təxirə salınmır. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır. Bu səfərlər bölgələrin sosial-iqtisadi inkişafına təkandır. 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfəri çərçivəsində "Basqal Resort & Spa" otelinin açılışında iştirak ediblər. Dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan "Basqal Resort & Spa" oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir. Bu gün Azərbaycanın bir çox region və ərazilərində yüksək səviyyəli, müasir tələblərə cavab verən otellər inşa edilərək istifadəyə verilib. Dünyada tanınmış və inkişaf etmiş böyük otel şəbəkələri artıq ölkəmizdə fəaliyyət göstərir və onların sayı durmadan artır. Müasir günümüzdə demək olar ki, ölkənin hər bölgəsində turistləri qarşılayacaq otellər vardır ki, bu da uğurlarımız sırasındadır.
Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb.  mayıllı rayonu Basqal qəsəbəsinin ərazisi zəngin tarixi və mədəni irsə sahibdir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb. Əlbəttə ki, tarixi abidələr daş yaddaşımıza çevrilib və hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladır. Bu abidələrin qorunması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA