kanal1

Anar Novruzov: Azərbaycan bütün dünyaya örnək olan inkişaf modeli əsasında işğaldan azad edilmiş ərazilərimizi bərpa edir

Tarix:11-10-2022, 12:15
Baxış Sayı:94 432



“Meyvəli” bazarının dierktor müavini Anar Novruzov - Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə hər səfərləri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa doğru atılan addım kimi dəyərləndirilir. Artıq Böyük Qayıdışın ilk addımını atdıq. Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində yenidən bərpa edilərək sakinlərini qarşıladı.
Prezident İlham Əliyevin  bərpa və quruculuq işlərindən bəhs edərkən  “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik” çağırışı həmin ərazilərdə bugünkü genişmiqyaslı  işlərdə öz əksini tapıb. 44 günlük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində tarixi Zəfərimizə necə nail olduqsa, torpaqlarımızı da bu birlik fonunda bərpa edəcək, onlara yeni nəfəs verəcəyik. İnfrastruktur layihələrinin icrası ilə yanaşı, tarixi və dini abidələrimizin bərpası birinci mərhələdə görülən işlər sırasındadır. Heydər Əliyev Fondu bu işləri uğurla  həyata keçirir.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında  bir daha diqqəti 30 illik işğal dövründə ermənilərin bu ərazilərdə törətdikləri dağıntılara yönəldərək bu məqamı da diqqətə çatdırdı ki, azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri Ağdamda, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub. “Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb” söyləyən ölkə Prezidenti bildirdi ki, eynilə Cəbrayıl,  Qubadlı, Zəngilan da dağıdılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.
Dövlət başçısı sahibinə qovuşmuş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edərək onu da əlavə etdi ki, bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Bu insanlar buna layiqdirlər: “Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.”
Diqqəti bu ilin mayında Zəngilanda ilk kəndin qurulmasına və ilk məcburi köçkünlərin qayıdışına yönəldən cənab İlham Əliyev fəxrlə qeyd etdi ki, təkcə orada yaşayanlar deyil, onların uşaqları və nəvələri də buraya qayıdırlar. Bu ilin sentyabrında Zəngilanda məktəb açıldı və gənc zəngilanlılar artıq bu məktəbdə təhsil alırlar. Onlar bu torpaqları görməyiblər, çünki işğaldan sonra dünyaya göz açıblar: “Ancaq bu, onu göstərir ki, Azərbaycan xalqı öz köklərinə və doğma torpaqlarına bağlıdır. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirdiyimiz sorğu əsasında deyə bilərik ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir.”
Göründüyü kimi, Azərbaycan bütün dünyaya örnək olan inkişaf modeli əsasında işğaldan azad edilmiş ərazilərimizi bərpa edir, gələcəklə bağlı hədəflərin müəyyənləşdirilməsinə geniş imkanlar yaranır. Bu fikri böyük əminliklə qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərimiz nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO