kanal1

Azərbaycan Memarlıq və İnşaat Universiteti – Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması layihəsi uğurla həyata keçiriləcək

Tarix:7-02-2022, 10:02
Baxış Sayı:218 374

Azərbaycan Memarlıq və İnşaat Universiteti – Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması layihəsi uğurla həyata keçiriləcək


Bu gün Azərbaycan təhsilinin müasir beynəlxalq standartlara uyğun inkişafını təmin etmək baxımından ölkənin ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində effektiv fəaliyyətilə seçilən ali təhsil ocaqlarının sırasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əhəmiyyətli yeri və rolu vardır. Ölkəmizdə inşaat sektorunda çalışan ali təhsilli mühəndis kadrlarının hazırlanması da ilk növbədə məhz Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilir. Birmənalı olaraq deyə bilərik ki, bu ali təhsil müəssisəsinin məzunları olan yüksək ixtisaslı peşəkar inşaat mühəndisləri bu gün ölkənin bir çox nəhəng tikinti meydançalarında dövlət və özəl sifarişlərinin icrasında uğurla çalışırlar. Professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəaliyyəti pandemiya dövründə də tam dolğunluğu və effektivliyi ilə davam etməkdədir. Universitetin professor-müəllim heyəti istər tələbələrin yaranmış şəraitdə də keyfiyyətli təhsil almaları və gələcək həyata tam hazırlıqlı olmaları, istərsə də AzMİU-da aparılan elmi araşdırmaların səmərəliliyinin yüksəldilməsi üçün bütün imkanları düzgün şəkildə səfərbər ediblər.

Lakin təəssüflər olsun ki, bütün bu görülən işlərə rəğmən bu gün yenə də bəzi saytlarda Azərbaycan Memarlıq və İnşaat Universitetində gedən proseslərə dair həqiqətə uyğun olmayan yazılara rast gəlinir. Belə ki, bu günlərdə saytlardan birində dərc olunmuş daha bir belə yazıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Qrant layihəsi ilə həyata keçirdiyi Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması layihəsi ilə bağlı əsassız ittihamların yer aldığının şahidi olduq. Daha dəqiq desək, həmin yazıda AzMİU-nun bu layihə ilə bağlı "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC ilə müqavilə bağlaması faktına iradlar bildirilir. Amm bu iradların nə əsasla yarandığı qğtiyyən anlaşılan deyil. Məsələn, yazıda irəli sürülən iradlardan biri bundadır ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti layihənin icraçısını seçmək məqsədilə keçirdiyi müsabiqədə bir mənbədən istifadə edilməsi metodunu seçib. Halbuki, Dövlət satınalmaları haqqında Qanunda göstərilir ki, malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir (II fəsil, maddə 16.1). Digər bir əsaslandırılmamış irad məhz "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC-nin satınalma müsabiqəsinin qalibi olması ilə bağlıdır. Yazıda bildirilir ki, guya bu müəssisə barədə hər hansı məlumat əldə etmək mümükün olmayıb. Amma əslində "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC məsələn, elə son beş il ərzində kifayət qədər intensiv fəaliyyət göstərib. O cümlədən, bu MMC Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan müəssisələr tərəfindən keçirilən tenderlərin dəfələrlə qalibi olub. "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC ilə bağlanan müqavilələrin məbləğinə gəlincə isə, demək lazımdır ki, bu müəssisə AzMİU ilə bağlanan müqavilədə nəzərdə tutulmuş məbləğdən çox artıq məbləğlərdə də sifarişlər alıb və bunun təsdiqini də internetdə yayımlanan məlumatlarda tapmaq olar.

Beləliklə, Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı təşkil olunmuş növbəti “ittiham yağışının” da əsassız olduğu asanlıqla isbat olundu. Təbii ki, bu qeyri-obyektiv materialların AzMİU-nun fəaliyyətinə hər-hansı bir təsiri ola bilməz. Bununla belə həmkarlarımızdan bir daha xahiş edərdik ki, həqiqətə uyğun olmayan belə materialları öz saytlarında dərc etməkdən çəkinsinlər.

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA