kanal1

Aydın müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Tarix:4-07-2023, 11:09
Baxış Sayı:50 394

Aydın müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Aqrolizinq” ASC-nin Ağdaş rayon filialının direktoru Aydın müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Aqrolizinq” ASC-nin Ağdaş rayon filialının direktoru Aydın müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Aydın müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Aydın müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Aqrolizinq” ASC-nin Ağdaş rayon filialının direktoru Aydın müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Aqrolizinq” ASC-nin Ağdaş rayon filialının direktoru Aydın müəllimdir.

“Aqrolizinq” ASC-nin Ağdaş rayon filialının direktoru Aydın müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Aydın müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Aydın müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Aydın müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Aydın müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Aydın müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Aqrolizinq” ASC-nin Ağdaş rayon filialının direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Aydın müəllim özünü doğruldub. Bizdə hörmətli Aydın müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

“Aqrolizinq” ASC-nin Ağdaş rayon filialının direktoru Aydın müəllim - “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” Bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur.

Ümummilli Lider 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən dediyi fikirlər böyük tarixi şəxsiyyətin uzaqgörənliyinin, qurub yaratdığı dövlətin bir zaman qəhrəman orduya malik olacağının nəzəriyyə deyil, real həyat həqiqəti olduğunun isbatıdır.   

Azərbaycan Ordusunun çox yaxın tarixdə ən güclü ordulardan birinə çevriləcəyini bilən Ulu Öndər işğal altında olan torpaqlarımızın mütləq azad olunacağını və əsasını qoyduğu ordunun Zəfər dastanı yazacağını bilirdi.

Həyat çox nəzəriyyələri həqiqətə çevirib. Bu nəzəri baxış da 2020-ci ildə- İkinci Qarabağ savaşında həqiqətə çevrilərək Zəfər dastanının yazılması ilə başa çatdı. Qəhrəman Ordumuz Qarabağı işğaladan azad edərək çoxlarının xəyal belə etmədiyi bir qəhrəmanlıq epopeyasını yazmış oldu. Ordumuz  Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə elə bir Zəfərə imza atdı ki, dünya hərb tarixində belə qələbələr az-az olur.

Şuşanın azad olunması əməliyyatı hərb tarixinə yazılmış olmaqla bərabər, çoxlarında heyrət doğurdu. Xüsusi Təyinatlı Qüvvələrimizin doğma Şuşaya üçrəngli Azərbaycan bayrağını sancmasıyla yekunlaşan 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının öz vətəni uğrunda mübarizə əzmini də, onun sarsılmaz iradəyə və diplomatiya aləmində xüsusi yeri və çəkisi olan rəhbərinin olduğunu da təsdiqləmiş oldu.

Bu əzm və iradə sayəsində “məğlubedilməz” erməni ordusu darmadağın edildi və Ermənistan rəhbərliyi kapitulyasiya aktını imzalamaq məcburiyyətində  qaldı. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu prosesi öz bəhrəsini verməklə bərabər, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusundan birinə çevrildiyinin hətta düşmənlərimiz tərəfindən də etirafı ilə nəticələndi.                      

Müharibənin gedişatı dövründə əsası qoyulan və müharibədən sonra yaradılan Komando Birliklərinin yaradılması ilə ordumuz daha da güclənmiş oldu. İndi Azərbaycan Ordusu daha güclü və modern, NATO standartlarına cavaba verən ordulardan biridir.  

Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında qeyd etdi ki, “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.”

Ölkə başçısının qeyd etdiyi kimi “Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür.” 

Bəli hazırda dünyada gedən siyasi proseslər onu göstərir ki, indiki şəraitdə beynəlxalq  hüquq  işləmir, ikili yanaşmalar davam edir. Belə bir şəraitdə ordunun gücləndirilməsi başlıca şərt olaraq qalır. Ölkə başçısı cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.

Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf edir.

Ölkə başçısı silahlı qüvvələrin modernləşdirilməsi, yeni silahların alınması üçün vəsiatin ayrılmasından danışaraq qeyd etmişdir ki, güclü ordu yaradılması üçün hər cür imkanlardan istifadə edilir və vəsait ayrılmasında problem yoxdur: “Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın.”

Cənab Prezident Azərbaycan Ordusunun mənəvi xüsusiyətlərə malik olduğunu, müharibədə bir dəfə də olsun mülki əhaliyə atəş açmadığını bildirmişdir. Ermənistan Ordusu isə bizim yaşayış məntəqələrimizi, dinc əhalini raketlərlə atəşə tutmuş, əhalinin sıx məskunlaşdığı böyük şəhərlərimizə  raket atmaqla nə qədər qəddar olduqlarını, bəşəri dəyərlərə üstünlük vermədiklərini göstərmişdir.

Tarixi Zəfərdən sonra Azərbaycan regionda söz sahibinə çevrilmişdir. Bu gün Cənubi Qafqazın ən güclü ordusuna malik olsaq da bizim bir istəyimiz var, dinc yanaşı yaşamaq və iqtisadiyyatımızı möhkəmləndirmək, yüksək səviyyədə inkişafı təmin etmək.

Bu reallıqlar fonunda  Ermənistanla münasibətlər hələ də gərgin olaraq qalır. Erməni havadarları sülh sazişinin imzalanmasına hər cür vasitələrlə mane olmağa cəhd edirlər. Ermənistandakı revanşist qüvvələr də bu vəziyyətdən yararlanmağa can atırlar. Lakin bütün bunlar mənasız cəhddən başqa bir şey deyildir.

Cənab İlham Əliyev öz çıxışında ermənlərə və onların havadarlarına ünvanladığı mesajla Azərbaycanın şərtləri ilə razılaşmaq məcbuiryyətində olduqlarını bir daha xatırlatdı: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.”

Bu gün Qarabağ və Zəngəzur tikinti meydanıdır. Torpağın əsil sahibləri bu əraziləri abadlaşdırır, cənnətə çevirir. Artıq məcburi köçkünlərin Qarabağa qayıdışı prosesi sürətlə davam edir. Gözəl Şuşamızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Xalqımız bu torpağın əsil sahibinin kim olduğunu dünya ictimayyətinə sübut etmişdir.

Ölkə başçısının qeyd etdiyi kimi, “Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO