kanal1

Niyazi Bayramov: Azərbaycan dünyada yüksək nüfuza malik olan etibarlı tərəfdaşdır

Tarix:14-02-2022, 09:34
Baxış Sayı:197 490

















Niyazi Bayramov yubiley medalı ilə təltif olunub




















Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif olunub. Ona Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müvafiq əmrilə  "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalı verilib.
Medal DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyev tərəfindən təqdim edilib. Niyazi Bayramov Azərbaycan gömrüyünün yaranmasının 30 illik yubileyi münasibətilə bu sahədə çalışanların peşə bayramını təbrik edib və işlərində uğurlar arzulayıb.


“Fevralın 4-də Bakıda, Gülüstan sarayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Heç şübhəsiz, belə bir dünya əhəmiyyətli toplantının Bakıda keçirilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş olmasının göstəricisidir”. Bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.

Toplantıda Avropa İttifaqı komissarlarının, dünyanın aparıcı 18 ölkəsinin, 19 şirkətininin və 5 beynəlxalq maliyyə təsisatının yüksəksəviyyəli nümayəndələrinin iştirak etməsi Azərbaycanın Avropa  enerji təhlükəsizliyindəki əhəmiyyətli rolundan, ölkəmizin regional əməkdaşlığın inkişafına verdiyi töhfədən xəbər verir: “Toplantıda çıxış edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin uğurla tamamlanması münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək, Cənub Qaz Dəhlizinin sonuncu mərhələsi olan TAP layihəsinin 2020-ci ilin dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlanması haqqında məlumat verib. Eyni zamanda, Prezident İlham Əliyev çıxışı zamanı tədbirdə iştirak edən bütün ölkələrə öz minnətdarlığını bildirib və iştirak edən ölkələrin birliyi sayəsində iri layihələrin ərsəyə gəldiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın enerji təchizatında 2006-cı ildən bu günə qədər heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, Azərbaycanın enerji siyasətinin arxasında heç bir siyasi gündəm yoxdur. Azərbaycan şəffaf, açıq, biznes və nəticələrə hesablanmış enerji siyasəti həyata keçirib. Həyata keçirilən bu siyasətin nəticəsidir ki, Azərbaycan Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsində enerji əlçatanlıq reytinqinə görə ikinci yerdədir. Ölkəmizdə elektrik enerji xətləri təmamilə modernləşdirilib, yeni elektrik stansiyaları inşa edilib. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpa olunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib”.

“XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinə bir çox kənar ölkələr də maraq göstərib”, Cənub Qaz Dəhlizi layihəsi Avropa enerji siyasətinə böyük töhfə verib, ölkələr arasında enerji əlaqələrinin yaradılmasında, qarşılıqlı etimadın güclənməsində böyük rol oynayıb. Bu prosesdə Azərbaycanın səmimiliyi, vicdanlılığı bu əməkdaşlığa inamı daha da artırıb: “Toplantıda çıxış edən Prezident İlham Əliyevin sadaladığı faktlarla, Azərbaycanın imzaladığı beynəlxalq müqavilələrin şərtlərini tamlıqla yerinə yetirdiyini, ölkəmizin böyük enerjisi və təbii qaz potensialına malik olduğunu və ümumilikdə Azərbaycanda neft-qaz siyasətinin uğurla həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Əlbəttə ki, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunması, dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, yüksək beynəlxalq nüfuza malik olması, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik, uzaqgörən siyasətin nəticəsidir. Aparılan bu siyasət Azərbaycanımızı dünyada günəş kimi daha da parladacaq, dövlətimizə, xalqımıza uğurlar, yeni nailiyyətlər gətirəcək”.

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük