kanal1

Vaqif Müslümov: Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır

Tarix:26-08-2023, 12:25
Baxış Sayı:144 372

Vaqif Müslümov: Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır


Xətai rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov - Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik! Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.

Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!
Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.




Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır. Mehriban xanım Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir.




1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
    Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin oğlu və siyasi davamçısı cənab İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Mehriban xanım Əliyeva "İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xariqələr yaratmağa qadirdir", - deyə söyləyib. Bəli, Azərbaycanın birinci xanımı ölkə daxilində unikal layihələr reallaşdırdığı kimi, eyni inam və səmimiyyətlə Azərbaycandan kənarda da yaradıcılıq - quruculuq əzmi nümayiş etdirir, müstəsna mədəni-mənəvi, ictimai-siyasi və tarixi önəm daşıyan işlər görür, ilklərə və nailiyyətlərə imza atır.

Təsadüfi deyil ki, adı xeyirxahlıq, vətənpərvərlik anlayışları ilə assosiasiya olunan, milli və bəşəri dəyərlərə bağlılığı ilə fərqlənən, ictimai-siyasi obrazı nümunəvi xarakter daşıyan Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Müxtəlif mənbələrə nəzər saldıqda ayrı-ayrı dövlətlərin rəsmilərinin, nüfuzlu siyasətçilərin, tanınmış ictimai xadimlərin, alimlərin, tədqiqatçıların Mehriban xanım Əliyevanın milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətini ifadə və təqdir edən fikirlərinə rast gəlirik.

Paralel olaraq bir çox mükafatlarla təltif olunması - Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeninə, həmçinin bir sıra dövlətlərin və təşkilatların nüfuzlu təltiflərinə layiq görülməsi Mehriban xanım Əliyevanın yüksək ideallara əsaslanan, mütərəqqi ideyaları və çağırışları özündə ehtiva edən, bəşəriyyətin təmənna və gözləntilərinə adekvat cavab verən fəaliyyətinin məzmun və mahiyyət etibarilə həm milli, həm də beynəlmiləl xarakter daşıdığını bir daha təsdiqləyir.

Şübhəsiz ki, dövlət adamı, siyasətçi, ictimai-siyasi xadim üçün ən böyük üstünlük ictimaiyyətin güclü dəstəyidir və bu dəstəyə söykənərək cəmiyyətin, dövlətin inamını, etimadını doğrultmaqdır. Mehriban xanım Əliyeva buna müvəffəq olub. Xalqın dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadı mənəvi-siyasi sərvət kimi Mehriban xanım Əliyevaya fəaliyyətini inamla və əzmlə davam etdirməyə imkan və stimul verir - qalib dövlətin yeni zirvələr fəth etməsi, suverenliyimizin rəmzi, dövlətimizin güc, xalqımızın isə qürur mənbəyi olan üçrəngli bayrağımızın ən uca məqamda - müstəqillik və Qələbə zirvəsində əbədi dalğalanması üçün və daha güclü Azərbaycan naminə!

    Fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olan Mehriban xanım Əliyeva  2 fevral 2017-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
    Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirik.


Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO