kanal1

Banqladeş XİN başçısı: “Azərbaycanın Ermənistanla sülhə nail olacağına əminəm”

Tarix:21-09-2023, 09:38
Baxış Sayı:24 970

Banqladeş XİN başçısı: “Azərbaycanın Ermənistanla sülhə nail olacağına əminəm”


“Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən konfliktlə bağlı baş verənləri yaxından izləyirik və məsələnin sülh yolu ilə həllinin olduğuna inanırıq. Banqladeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində yeganə sülh yolu danışıqlardan keçir”.

Bunu “Report”un ABŞ bürosuna Banqladeşin xarici işlər naziri Abul Kalam Abdul Moamen deyib.

Nazir Azərbaycanın yaxın gələcəkdə bölgədə sülhə nail olacağına əminliyini dilə gətirib:

“Bizim də regionumuzda bənzər konflikt yaşandı. Banqladeş Hindistanla olan konfliktin həllinə dialoq və müzakirələrlə nail oldu və bu sahədə təcrübəsi ilə dünyada liderlik edir. Baxın, bizim Hindistan kimi böyük qonşumuzla münasibətləri tənzimləməmiz göstərdi ki, bu, mümkündür. Biz bütün kritik məsələlərimizi dialoq və müzakirə yolu ilə həll etmişik. İndi Hindistan və Banqladeş arasında çox yaxşı münasibətlər var və Hindistanın baş naziri bu dövrü “qızıl fəsil” adlandırır.
Biz çox şadıq ki, regionumuzda sülh və sabitliyi bərpa edə bilmişik. Regiona sülhün gəlməsi ölkələrimizin iqtisadiyyatını gücləndirdi və bütün sahələrdə bir-birimizdən qarşılıqlı faydalanmağımıza şərait yaratdı. Digər qonşularımızla da yaşadığımız bütün anlaşılmazlıqlarda da yalnız dialoq və müzakirə yolunu seçirik. İnanırıq ki, sülh və sabitlik insanların rifahı üçün olduqca vacibdir. Mən Azərbaycanın Ermənistanla dialoq və müzakirə yolu ilə bölgədə sülhə nail olacağına əminəm. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan buna nail olacaq”.

XİN başçısı Banqladeşlə Azərbaycan arasında ticarət və investisiya əlaqələri sahəsində iş birliyinin zəruriliyini vurğulayıb:

“G 77 və Qoşulmama Hərəkatının sədri qismində biz Azərbaycanla müxtəlif sahələrdə birgə işlədik və bu işbirliyimiz davam edir. Bundan başqa, Azərbaycan və Banqladeş arasında uzun illərdir davam edən son illərdə möhkəmlənən dostluq əlaqələrimiz var. Təbii ki, bu əlaqələrin daha da möhkəmlənməsinə ehtiyac var. Xüsusilə, iki ölkə arasında ticarət və investisiya əlaqələri sahəsində ünsiyyəti artırmalıyıq və bu sahələrdə daha da güclənməliyik”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO