kanal1

Paşinyan: Dəmir yolu mütləq Zəngəzurdan keçməlidir

Tarix:25-11-2023, 09:30
Baxış Sayı:96 250

Paşinyan: Dəmir yolu mütləq Zəngəzurdan keçməlidir


“Təəssüf ki, 1998-ci ildən bəri Zəngəzur (Meğri) məsələsi çox müzakirə olunur. İndi biz suala çox aydın cavab vermək istəyirik. Biz düşünürük ki, şərqi qərblə, o cümlədən Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəmir yolu Zəngəzurdan (Meğridən) keçməlidir. Meğri-Yeraxs yolu eyni zamanda  Ermənistanın qalan hissəsini birləşdirəcək beynəlxalq dəmir yolu şəbəkəsi olacaq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların videosuallarını cavablandırarkən deyib.

“Bu, 100 fazi Ermənistanın maraqlarına uyğundur”, - o qeyd edib. 

Onun sözlərinə görə, Ermənistanın ən böyük problemlərindən biri 30 ildir davam edən blokadadır. 

“Ümid edirik ki, bu yolla blokadadan çıxacağıq. Biz həm də Şərqlə Qərbi birləşdirən yolların açılmasını istəyirik”, - Paşinyan bildirib.

O əlavə edib ki, bu yollar  Ermənistanın digər bölgələrindən də keçə bilər: “Əgər biz iqtisadi inkişaf istəyiriksə, bu yolla getməliyik”.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı