kanal1

Xerson şəhərini ələ keçirən rus ordusu şəhər əhalisi qarşısında bu tələbləri qoyub

Tarix:3-03-2022, 10:23
Baxış Sayı:207 482

Xerson şəhərini ələ keçirən rus ordusu şəhər əhalisi qarşısında bu tələbləri qoyub


Şəhər meri rus ordusunun irəli sürdüyü tələblərini sadalayıb.

Bu barədə şəhər meri İqor Kolıxayev Facebookda məlumat verib.

Onun sözlərinə görə, rus ordusunun təmsilçiləri Xerson Şəhər Şurasına gələrək qanuni şəhər hakimiyyətinin nümayəndələri ilə söhbət ediblər.

Onun sözlərinə görə,  görüş zamanı rus ordusunun nümayəndələrinə ölənlərin toplanması və basdırılması, ərzaq və dərmanların çatdırılması, zibillərin yığılması, qəzaların aradan qaldırılması və s. problemləri göstərilib.

O daha sonra əlavə edib ki, rus ordusunun nümayəndələri də şəhər əhalisi qarşısında bu tələbləri qoyub:
"Şəhərə yalnız gündüz vaxtı çıxa bilərsiniz;
Saat 20:00-dan 06:00-a qədər komendant saatına ciddi əməl olunmalıdır;
Şəhərə ancaq ərzaq, dərman və başqa əşyalar olan avtomobillər gəlir;
Çörək, mağaza və aptek işçilərinin işə getməsi üçün şəhərdə ictimai nəqliyyatin fəaliyyəti bərpa olunur;
Piyadalar bir-bir, maksimum iki nəfər olmaqla  hərəkət edə bilər;
Şərtlərə görə şəhərdə olan maşınlar  minimum sürətlə  hərəkət etməlidir. Hərəkət zamanı hər an saxlanılıb, daşınan mal  yoxlanıla bilər”.

Mer daha sonra deyib ki, hələlik Ukrayna bayrağı şəhərin üzərindədir: “Biz yaranmış durumda vəziyyətin sabitliyini qorumaq üçün tələblərə əməl etmək zorundayıq. Mən hələlik bundan  başqa heç nə təklif edə bilmərəm”, - deyə o yekunlaşdırıb.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı